Bu yaxınlarda Azərbaycan paytaxtında IV Qlobal Bakı Forumu keçirilmişdi. 10-11 mart tarixində baş tutmuş beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, habelə Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak ediblər. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə Foruma qatılıb.
Qafqaznews.az-ın əldə etdiyi məlumata görə, bu forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun hərbi xidmətdə olan oğlu da iştirak edib. Belə ki, 2015-ci il iyulun 9-da Lent.az saytı Elnur Nazim oğlu İbrahimovun hərbi xidmətə yola düşdüyü barədə məlumat vermişdi. 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb. Elnur İbrahimovun həqiqətən də IV Qlobal Bakı Forumununa qatılıb-qatılmadığını, qatılıbsa da, hərbi hissəni hansı əsasla tərk etdiyini müəyyən etmək istədik.
Qafqaznews.az olaraq, Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq, mətbuat xidmətinin əməkdaşı İsa İsmayılov bildirdi ki, nazirliyin saytında elsadməsələ ilə bağlı sorğu yazmağımız lazımdır, ondan sonra məsələ araşdırılacaq.
Deyilən kimi etdik və nazirlikdən Elnur İbrahimovun rəsmi məzuniyyətə çıxıb-çıxmadığı barədə açıqlama gözləməyə qərar verdik. Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Şöbəsinin müdiri Elşad Miraləm Qafqaznews.az saytına bildirdi ki, Elnur İbrahimov adıkeçən foruma qatılmayıb: "Mən özüm o forumda olmuşam. Elnur İbrahimov həmin tədbirə gəlməyib. Onun hərbi xidmətdə olması ilə bağlı məlumatı isə dəqiqləşdirib sizinlə əlaqə saxlayaram”.
Təxminən bir saat sonra E.Miraləmlə özümüz yenidən əlaqə saxladıq: "Elnur İbrahimov həmin forumda olmayıb, amma hazırda burdadır, məzuniyyətə gəlib”. E.İbrahimovun hərbi xidməti harda keçdiyi, məzuniyyətə nə vaxt çıxdığı barədə suallarımız isə cavabsız qaldı: "O barədə dəqiq məlumatım yoxdur. Lakin onu deyə bilərəm ki, Elnur İbrahimov bu günlərdə rəsmi məzuniyyətə çıxıb . Açığı, mən gözləyirdim ki, siz məndən forumla bağlı başqa bir şey soruşacaqsınız. Sualınız barədə başqa heç nə deyə bilmərəm”.
Yuxarıda qeyd etdiyimiz kimi, mövzu ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərmişdik. Yazı sayta gedərkən, sorğumuza cavab gəldi: "İbrahimov Elnur Nazim oğlu adında şəxs Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə xidmət etmir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur”. Əlavə informasiya və irad olsa, dərc etməyə hazırıq.
vizual.az

Комментариев нет:
Отправить комментарий