23.06.2016

ÖLKƏNİN YARISI GÖMRÜK GENERALI SƏFƏR MEHDİYEVİNDİR... - II YAZI

Səfər Mehdiyevin gömrükdə monopoliyalara aldığı sahələr, “Gilan” Holdinqdəki fəaliyyəti barədə ətraflı məlumat vermişdik. Bu dəfə Səfər Mehtiyevin broker fəaliyyəti və daşınmaz əmlak “həvəskarı” olması barədə əldə edilən məlumatları oxucularla bölüşülür.
Səfər Mehdiyevin əksər qohumları broker işləyir və bu sistemdə ən cox əmək haqqını da məhz generalın qohumları alır.
Hazırda Dövlət Gömrük Komitəsinin tikinti işlərini Səfər Mehdiyevin İlham adlı qaynı ilə birgə yaratdığı və mərkəzi ofisi Mətbuat prospektində yerləşən tikinti şirkəti həyata keçirir. Əvvəlki yazımızda da qeyd etmişdik ki, Səfər Mehdiyevin nəzarəti altında olan bu tikinti şirkətlərinin fəaliyyəti yoxlanmalıdır. Burada maraqlı bir məqam da generalın aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri-mütənasibliyidir. Səfər Mehdiyev nə qədər əmək haqqı alır ki, şəhərin ən müxtəlif ərazilərdə onun obyektləri var? Daşınmaz əmlaka olan böyük marağı generalı Qusarda, Şamaxıda, Bakının Şüvəlan qəsəbəsində, Naxçıvanda, Batabatda bağ evləri sahibinə çevirib.
Ölkə daxilindəki daşınmaz əmlaka yatırımlarla kifayətlənməyən general üzünü hətta Türkiyəyə də tutub. Bu ölkənin ən məşhur istirahət bölgələrindən olan Bodrumda da Səfər Mehdiyevin böyük malikanəsinin olduğu deyilir. Daha çox Badamdardakı villasını daimi yaşamaq üçün seçən general hazırda doğulduğu Nehrəm kəndinin girişində də özünə villa tikdirir. Lakin bunlar Səfər Mehdiyevin varidatının sadəcə bir hissəsidir. Bundan başqa gömrük generalı əsl iş adamı kimi də fəaliyyət göstərir.
Hazırda DGK-nin xəstəxanasının yaxınlığında, əvvəllər yaşadığı binada Səfər Mehdiyvə məxsus klinika fəaliyyət göstərir. Klinikanı Səfər Mehdiyev yaxın qohumuna, bacanağının oğluna etibar edib. Bundan başqa 28 May metrostansiyası yaxınlığında general 100 kv sahəsi olan daha bir daşınmaz əmlaka sahibdir. Mətbuat prospekti isə deyəsən Səfər Mehdiyevin şəhərin ən çox sevdiyi ərazilərindəndir. Burda generala məxsus şirkətin ofis binası ilə yanaşı supermarket, mərasim zalı fəaliyyət göstərir.
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, “Alimlərin binası” kimi tanınan binada da bir neçə mənzilə sahib idi. Sözügedən bina söküldü və Səfər Mehdiyevin ən böyük narahatlığı da məhz bu bina söküntüsündən sonra başladı. Çünki bina söküləndə mənzil sahiblərinə ödəniş edilən zaman sənədlər çox dəqiqliklə hazırlanır və kompensasiya alan mənzil sahiblərinin siyahısı dəfələrlə incələnir.
Səfər Mehdiyev bu araşdırma nəticəsində sözügedən binada bir neçə mənzilə sahib olmasının üzə çıxacağından çəkinirdi. Onu ən çox narahat edən məsələ isə Kəmaləddin Heydrovun bundan xəbərdar olması olub. Gömrük sistemində Kəmaləddin Heydərov vasitəsilə tanınan Səfər Mehdiyev daha sonralar generalın adından kifayət qədər istifadə edərək, özü üçün təhlükəsiz mühit yaratmağa çalışıb. Hələlik isə görünən odur ki, Səfər Mehdiyev özü üçün yaratdığı bu təhlükəsizlik mühitində yaşamağa davam edir.
Araşdırmalar davam edir…

bizimxeber.az

Комментариев нет:

Отправить комментарий