Tanınmış Rusiya siyası xadimi, filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin katehon.com saytına müsahibəsində Türkiyənin Rusiya ilə münasibətləri yoluna qoymaq cəhdlərinə aydınlıq gətirib. Politoloqun sözlərinə görə, Suriya səmasında Su-24 təyyarəsi vurulduqdan sonra Türkiyənin bütün cəhdlərinə baxmayaraq Rusiya Ankara ilə danışıqlar stoluna oturmaqdan imtina etmişdir. Ərdoğanı üzrxahlıq məktubu yazmağa Türkiyə və onun ətrafında baş verən hadisələr məcbur etmişdir. Belə ki, son zamanlar Ərdoğan bir sıra kəskin problemlərlə üzləşmişdir. Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Türkiyə iqtisadiyyatını çökürtmüş, müflis vəziyyətinə salmışdır. ABŞ-ın Suriyada dövlət qurmaq istəyən kürdləri dəstəkləməsi də Türkiyəyə ağır zərbə olmuşdur. Hadisələrin gedişində amerikanlar Ərdoğanı daha çox amerikanyönümlü olan Əhməd Davudoğlu ilə dəyişdirməyə cəhd etmişlər.
Duqin bildirmişdir ki, Təyyarə provokasiyasında nurçuluq sektasının əli olmuşdur. Təyyarənin vurulmasını nurçuların rəhbəri Fətullah Gülən və onun adamı Əhməd Davudoğlu təşkil etmişdir. Onlar bununla Ərdoğanı çətin vəziyyətə salmaq və istefaya məcbur etmək istəmişlər. Ərdoğan vəziyyət barədə tam informasiya aldıqdan sonra üzr istəmək barədə qərar vermişdir.
Duqinin fikrincə, sonrakı olaylar Türkiyənin xarici siyasətində köklü dəyişikliklərə gətirib çıxarmalıdır. Türkiyə NATO blokundan çıxmalı və Qərbyönümlü dəst-xəttini Avrasiya xəttinə dəyişməlidir.
Politoloq Rusiya-Türkiyə münasibətlərinin yoluna qoyulacağına ümid etdiyini bildirmişdir. "Lakin münasibətlərin normallaşması üçün Ərdoğan öz siyasi orientasiyasını dəyişdirməlidir"- Duqin demişdir.
Комментариев нет:
Отправить комментарий