Avropada əsasən üç ölkə hərbi qüvvələrin miqdarı baxımından ciddi qəbul olunur. Bunlar Fransa, Böyük Britaniya və Almaniyadır. Və onların hər üçünün silahlı qüvvələri hazırda bərbad vəziyyətdədir. Məsələn, Böyük Britaniya ordusunun ancaq bir hava-desant briqadası və bir mexanikləşdirilmiş diviziyası (üç briqada) var, lakin bu briqadalardan ancaq biri döyüşə qatıla bilər. Fransa Avropada ən güclü ordusu ilə tanınır, ancaq hazırda onun ordusu hərəsində 3 briqada olmaqla iki diviziyadan ibarətdir. İsveçin total müdafiə İnstitutundan Robert Dalşyo deyir ki, hazırda Fransa əsasən daxili terror təhdidlərinə qarşı diqqəti cəlb edib, o cümlədən Yaxın Şərq və Afrikada sülhməramlı əməliyyatlarla məşğuldur. “Ona görə də mən təsəvvür edə bilmirəm ki, onlar qəfil situasiya yaransa döyüşə iki briqadadan artıq qüvvə çıxara bilsinlər”- ekspert deyir. Almanların da işi yaxşı deyil. Onların ordusunda hərbi texnika üçün ehtiyat hissələri çatışmır, texnikanın bir çoxu sadəcə olaraq işlək deyil. “Almanlar öz problemlərini bilirlər, əgər onlar indi bu sahəyə pul qoysalar bir neçə ilə nəticə olacaq. Hazırda isə onlar bir-iki briqada döyüşə çıxara bilərdilər, bundan artığını yox. Ola bilsin Niderland da bir briqada ilə kömək etsin, ümumən almanlarla birlikdə bir diviziya yaratsın”- ekspert bildirib. Robert Dalşyo bildirir ki, İspaniya və İtaliyanı heç hesaba almaq lazım deyil. Onların Mərkəzi Avropada qoşunları heç vaxt olmayıb. Danimarka və Norveç isə hərəsi uzağı bir batalyon verə bilər. “İslandiyanın isə heç nəyi yoxdur. Lüksemburqun əlindən ancaq başsağlığı vermək gələr. Belçika isə bir qutu şokalad göndərə bilər. Çexlər, slovaklar, macarlar... ola bilsin onlar sırf simvolik kömək edərlər, hərəsi bir batalyon göndərər”.
Комментариев нет:
Отправить комментарий