1771-ci ildə kalmıklar Çar administrasiyasının onların avtonomiyasını kəsib azaltmasına görə küsdülər, öz ana vətənlərinə- Çinin Cunqariya bölgəsinə qayıtmaq istədilər. 170 min kalmık kütləvi şəkildə Çin istiqamətinə yola düşdülər. Volqa çayının daşması səbəbindən çayın sağ sahilindəki 25 min kalmık gedə bilmədi, qalası oldu. 8 ay yol gedən 170 min kalmıkdan yalnız 70 mini mənzil başına çata bildi. Təxmin etdiyiniz kimi, əkələrin 50 mini yolda qırıldı. Qışın soyuğu öz işini gördü. Çində yerli əhali də kalmıkların üzünə xoş baxmadı. İndi Cunqariyadan kalmıka rast gəlməzsən, izləri-tozları da qalmayıb. Amma Volqanın sağ sahilindəki həmin kalmıklar sağdırlar, artıb çoxalıblar, çoxdan köçəriliyin daşını atıb oturaq həyat tərzinə keçiblər, ən əsası isə öz milli adət-ənənələrini və dinlərinı (buddizm) qoruyub saxlayıblar.
İbrahim Sel, “Avrasiya tarixi” kitabından
İbrahim Sel, “Avrasiya tarixi” kitabından
Комментариев нет:
Отправить комментарий