Azərbaycanlı əri ilə birlikdə Bakıda yaşayan Rusiya vətəndaşı, hazırda hamilə olan Yasmina Marinenko bildirir ki, ailənin doğum üçün xəstəxanalara verməyə pulu olmadığından etiraz olaraq vaxtı çatanda Rusiyanın Bakıdakı səfirliyinin qarşısında doğacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə qadın life.ru-ya danışıb. Onun sözlərinə görə, Bakıda doğum üçün 700-800 dollar xərc lazımdır, ailənin isə bu qədər pulu yoxdur.
32 yaşlı Yasmina Marienko bu səbəbdən doğum vaxtı çatanda Rusiyanın Bakıdakı səfirliyinin darvazasının qarşısında uşaq dünyaya gətirməyə hazırlaşır. Onun sözlərinə görə, ailənin imkanı olmadığından doğum xərcləri üçün səfirliyə müraciət ediblər, ancaq diplomatik nümayəndəlik yardımdan imtina edib.
Yasmina Marinenko Rusiyada məktəb direktorunun müavini işləyib, əri isə inşaatçı olub. Lakin sonradan qadının əri xəstələnib. Bir il əvvəl ailə Bakıya, Yasminanın ərinin valideyinlərinin yanına köçüb. Çünki onların Rusiyada öz mənzilləri olmayıb. Ailənin Azərbaycanda da işi yoxdur, onlar təsadüfi qazancla dolanırlar. Bu səbəbdən qadın uşaq dünyaya gətirmək üçün mamaçalara verməyə pul tapmır. Ailə sosial şəbəkələr üzərindən pul toplamağı da özünə sığışdırmır.
Yasmina deyir ki, doğuş vaxtı təxminən bir ay sonra çatacaq və o, həmin tarixdə səfirliyin darvazası qarşısına gedəcək. Ailənin hazırda bir uşağı var, qadın deyir ki, Azərbaycan dövlətinin onlara pulsuz səhiyyə xidməti göstərmək öhdəliyi yoxdur. “Azərbaycan bizə heç nə borclu deyil, bizim üçün pulsuz tibb xidməti olmayacaq”-Yasmina bildirir.
http://virtualaz.org/bugun/90928

Комментариев нет:
Отправить комментарий