Gözəl çəkmişsə Nəqqaşım, nədən can xiffətin çəksin?
Şərafət bəxş edib tale sənə əfzəl müəlladə,
Cəlalın ali dərgəhdə, mələklər rəğbətin çəksin.
Gözəldir rayihən, ey gül, yayılmış ətri-ənbər tək,
Çiçəklər təşnədir hər dəm, o ətrin ləzzətin çəksin.
Sevindir, tut əlindən, qoyma bimarın zəlil olsun,
Ölər hicrinlə tab etməz, nə lazım həsrətin çəksin.
Rəzil olsun o kəslər ki sənin hüznünlə xürrəmdir,
Verən dərd ali Ta-Ha ya sağalmaz möhnətin çəksin.
Fəqət səndən görünmüş eşqin afaqı bu görkəmdə,
Sənin tək qeyri bir aşiq bu cövrü çox çətin çəksin.
Səfayi-eşqdən, Zamiq, yetər bir lütf Şahimdən,
Rizasıyla O Mövlanın bu beytim diqqətin çəksin.
Комментариев нет:
Отправить комментарий