Milli kimliyin sənədlərdə qeyd edilməsi dövrü çoxdan keçib. İndi dünyanın heç bir ölkəsində, heç bir sənəddə milli mənsubiyyət qeyd edilmir. Sənədlər vətəndaş kimliyini ortaya qoyur. Məsələn, alman vətəndaşları alman, fransız vətəndaşları fransız, rus vətəndaşları rus, türk vətəndaşları türk sayılırlar və dünyada məhz bu cür qəbul olunurlar. Məsələn, Almaniyada yaşayan vətəndaş özünün türk olduğunu yalnız şifahi tərzdə bildirə bilir, rəsmən o almandır...
Deməyim odur ki, türk də olsanız, talış da olsanız, tat da olsanız, ləzgi də olsanız, vətəndaş kimliyiniz azərbaycanlıdır... Azərbaycanlı adına bu qədər də cəbhə açmayın... Azərbaycanlı olmağımız nə türk olmağımıza ziddir, nə talış, nə rus, nə də ki, yəhudi. Vətəndaş kimliyimiz qarşısında etnik kimliyimiz yalnız özümüzə aiddir, ölkəmizə yox!!! Yəni millətinin, milli mənsubiyyətinin yalnız sənə dəxli var, hamımıza yox... Hamımıza dəxli olan isə hamımızın azərbaycanlı olmağımızdır.
Yalnız özünə dəxli olan məsələni hamımıza sırımağa çalışma... Hamımıza dəxli olan bir reallıq var ki, onu heç özün də inkar edə bilmirsən, bilməzsən də...
Müasir düşüncə tərzində pasporta və kimliyə milli mənsubiyyətin yazılması milli diskriminasiyaya səbəb ola biləcəyindən, bəzi etnik mənsubiyyətli adamların siyasi karyeralarında, cəmiyyətdə tutacaq mövqedə neqativ təsir qoya biləcəyindən bunu qeyd etmək ədəbsizlik və ədalətsizlik hesab edilir. Vətəndaş kimliyi hər kəsə, hansı etnik qrupa, dini konfesiyaya mənsub olmasından asılı olmayaraq, eyni şərait, eyni qaydalar yaradır... Və mən müasir dünyanın bu müsbət seçimini ikiəlli dəstəkləyirəm...
Комментариев нет:
Отправить комментарий