12.03.2017

Namiq Suzi Məddah - Gözlərin

Dilbər, sənin ki sirri-müəmmadı gözlərin
Dünya içində, görməli dünyadı gözlərin

Rəssamın alidir ki, gözəl çəkdi rəsmini
Məna verən bu rəsminə, mənadı gözlərin

Rəbbin ziya verib səni, eşqin səmasına
Zülmət düşərsə, nuri-təcəlladı gözlərin

Ey məh edəndə vəsfini, sözlər gözəlləşir
Çünki qəzəldə mə'niyi-misradı gözlərin

Bir bax mənim bu halimə, lütf et hidayəti
Hər bir baxışda, mənbeyi-təqvadı gözlərin

Hər gözdə böylə qəlb evin ovsunlamaq nədir?
Əsrari-həqqi-Xaliqi-yektadı gözlərin

Dilbərdən özgə kimsəyə baxdınsa Suziya
Allah bağışlasın səni, rüsvadı gözlərin

Комментариев нет:

Отправить комментарий