Martın 16-da Şirvan Apellyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) apellyasiya şikayətinə baxılıb. Qapalı keçən məhkəmə iclasına müttəhimin hətta vəkili də buraxılmayıb.
Vetenugrunda.az-ın Şirvanda olan əməkdaşlarının verdiyi xəbərə görə, məhkəmənin önündə xidməti polis avtomobillərindən ibarət səddlər qurulub, Daxili Qoşunlarn, Dövlət Yol Polisinin, Yol Patrul Xidmətinin, Çevik Polis Alayının əməkdaşları və Şirvan polisləri ilə yanaşı yaxın rayonların polisləri də xidmət üçün əraziyə çağrılıb.
Prosesin keçirildiyi inzibati binanın ətrafı polislərlə əhatələnib və yollarda süni tıxac yaradılıb. Şəhərə doluşmuş polislərin qəfil gəlişindən təşvişə düşən Şirvan əhlini "sakitləşdirmək üçün" film kimi şayiə yayıblar. Guya "əlisilahlı vəhabilər Şirvana hücum edib", bəziləri isə "Lotu Qulinin adamları şəhərdədir" deyib insanları daha da həyacanlandırmağı bacarıblar.
Məhkəmə prosesini izləmək üçün gələnlərə qarşı polislərin kobud , qanundankənar rəftarı hətta ətrafdan bu mənzərəni seyr edən şəhər sakinlərini də mat qoyub. Belə ki, yolları kəsən polislər Şirvana məhkəməyə gələn dindarları, ictimai-siyasi fəalları və media nümayəndələrini təhir edib, qanun keçikçisinə xas olmayan təhqiramiz ifadələrlə və əl-qol hərəkətləri ilə qanundankənar əməllər törədiblər. Heç bir qanuni sənəd göstərmədən polislər iştirakçılara şəhəri tərk etmək üçün beş dəqiqə vaxt təyin ediblər. Polsilər iştirakçıları post patrul xidmətinin əməkdaşlarının müşayiəti ilə şəhərdən qovub çıxarıblar.
İştirakçılardan iki nəfərinə- Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və vetenugrunda.az-ın saytının redaktoru Arzu Abdullaya polis hücumu xəsarətlə nəticələnib.
Belə ki, Rövşən Əhəmədliyə polis hücumunu lentə alan Arzu Abdullanın əlindən telefonu (özünü təqdim etməyən) polis işçisi alaraq yerə vurub sındırıb. Bundan sonra da polis zorakılığı davam edib.
Jurnalist Arzu Abdullanın telefonunu sındıran polis
Vəkil Cavad Cavadov saytmıza verdiyi açıqlamada bildirib ki, məhkəmədə qanun pozuntusu olub: "Məhkəməyə heç kimi, hətta vəkil olaraq məni də buraxmaq istəmirdilər. Lakin sonradan mən prosesin keçirildiyi zala daxil oldum. Məhkəmədə Şeyx Sərdar Hacıhəsənli çıxış etdi. Mən də vəkili olaraq 1-ci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu əsaslandırdım. Lakin təəssüflər olsun ki, məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı".
Məhkəmədə iştirak üçün gələn DEVAM sədri Hacı İlqar İbrahimoğlu və diğər 3 nəfər isə heç bir səbəb olmadan Şirvan Polis İdarəsinə aparılıb. QAUİMH sədri Rövşən Əhmədli saxlanılanları axatarmaq üçün polis idarəsinə üz tutub. Lakin idarədən "bura gətrilməyib" cavabı verilib.
Polis İdarəsindən etiraf etmsələr də içəridən sızan məlumatda İlqar İbrahimoğlu və onunla birgə saxlanılan 3 nəfərin idarədə olduğu və 16:00-da rəisin rəyi əsasında onların saxlanılacağı və ya azadlığa buraxılacağı bildirilib.
Polis idarəsində 5 saat qanunsuz yerə saxlanılan İlqar İbrahimoğlu və digər 3 nəfər saat 16:20-də sərbəst buraxılıb.
Комментариев нет:
Отправить комментарий