03.03.2017

Sabit Qasımov - Eylərəm

Bülbüli-aşüftəyəm, gülzari seyran eylərəm!
Eşqimi bir qönceyi-xəndanə e'lan eylərəm!

Ərz halimdir mənim, kim talibəm bir afətə,
Mən məgər ol yar ücün bihudə əfğan eylərəm?

Rənc cəkməkdən dəxi, aləmdə rusva olmuşam,
Ceşmi-giryanim hədər, bihudə dövran eylərəm!

Söyləsəm bimarinam, ölləm bəlayi- dəhrdə,
Cün bu sirri ah ilə, aləmdə punhan eylərəm!

Neynirəm gəncinəni, həm xanu-mani sərvəti,
Xanu-manimdir, o gül, kim sorsa bürhan eylərəm!

Baglanibdir rişteyi-canim o mahin zülfünə,
Nagəhan əmr eyləsə, ol cani qurban eylərəm!

Xətti xalindir məni xak ilə yeksan eyliyən,
Xak payimdir deyər, üqbadə üsyan eylərəm!

Gerci bu aləmdə bir, yar'ü-həvadar yoxdu kim,
Söyləyə mərdanə, Sabit, dərdə dərman eylərəm!

Комментариев нет:

Отправить комментарий