03.09.2018

Dağıstanda türbəni partladan terrorçu məhv edilib

Dağıstanın Xasavyurt rayonunda antiterror əməliyyatları zamanı hüquq mühafizəçilər bir terrorçunu məhv edilib.
Öldürülən terrorçu 1991-ci il təvəllüdlü Xubayev Abas Yunusoviç Dağıstan Respublikasında terror yönümlü fəaliyyətlər həyata keçirib.
Xubayev respublikada İŞİD-in himayəsi altında fəaliyyət göstərib. Onun törətdiyi terrorların bir çoxunda – o cümlədən, YPX-nın iki əməkdaşının öldürülməsində, Səid Əfəndi türbəsinin partladılmasında, bu yaxınlarda YPX əməkdaşlarına hücumda (hansı ki Xasavyurt rayonunda anti-terror əməliyyatları rejimi ilə nəticələnmişdi) qruplaşma məsuliyyəti öz üzərinə götürüb.
Toturbiykal rayonunda silahlı qarşıdurma nəticəsində cani xüsusi təyinatlılar tərəfindən məhv edilib.
Xatırladaq ki, İŞİD terror qruplaşması cari ilin may ayında Dağıstanın Yeni Çirkey kəndində tanınmış din xadimi Səid Əfəndinin məzarına hücum etmişdi. İki nəfər maskalı şəxs əllərində kuvalda ilə başdaşını və tikilini dağıtmış, sonra isə  partlayıcı quraşdıraraq türbəni partlatmışdı.
Şeyx Səid Əfəndi 2012-ci ilin avqustun 28-də öz evində intiharçının terroru nəticəsində həlak olmuşdu. /faktxeber.com/

Комментариев нет:

Отправить комментарий