İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb.
Kəşfiyyat xidmətinin cəsuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən cəsusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb.
Nazir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını, ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup cəsusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb.
Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də həyata keçirilməsi nəzərdə tutulan bir neçə terror aktının qarşısının alındığını bildirib. /iuvmpress.com/
Комментариев нет:
Отправить комментарий