Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan Köçəri Sivilizasiya Mərkəzi yaradırlar. Bu barədə Qazaxıstan hökumətinin qərarında deyilir. Mərkəz Bişkek şəhərində (Qırğızıstan) yerləşəcək. Məlumata görə, Mərkəzin yaradılmasının məqsədi idman tədbirlər təşkil etmək, köçəri mədəniyyət ənənələri ilə hər bir xalqın və dövlətin irsini populyarlaşdırmaq və idman vasitəsilə inteqrasiyasını dərinləşdirmək və bununla da Türkdilli xalqlar və digər dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlıq sferasını dərinləşdirməkdir. Mərkəzin rəhbəri Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının təqdimatı əsasında Türk Şurası Dövlət Başçıları Şurası tərəfindən təyin edilən və 4 il müddətinə seçilən prezident olacaq. O, ingilis əlifbasına uyğun olaraq rotasiya əsasında tərəflərin vətəndaşları arasından seçiləcək. İlk prezident Qırğız Respublikasının vətəndaşları arasından təyin ediləcək. Mərkəzdə işlək dillər tərəflərin dilləri və ingilis dili olacaq.
Комментариев нет:
Отправить комментарий