06.12.2018

"Şərab şüşələrini sındırdığına görə işdən çıxarıb” — Abel Məhərrəmovun səfir oğlu ilə bağlı XİN-ə ŞOK MÜRACİƏT

İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assossasiyasının prezidenti Fərid Mustafayev Xarici İşlər Nazirliyinə Azərbaycanın İspaniyadakı səfiri, BDU-nun işdən çıxarılmış sabiq rektoru Abel Məhərrəmovun oğlu  Anar Məhərrəmovun fəaliyyəti ilə bağlı məktub ünvanlayıb. Məktubda deyilir:
“Mən İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının rəhbəri, diaspora fəalı olaraq Azərbaycan ictimaiyyətinə və Axərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, ölkəmizin təhlükəsizlik orqanlarına müraciət edirəm. XİN-dən tələb edirəm ki, səfir Anar Məhərrəmovun mənim haqqımda Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarına ünvanladığı şər, böhtan xarakterli məlumatların dayandırılmasını təmin etsin, bundan əvvəl göndərilmiş belə məlumatlar təkzib edilsin! Məni hədələmək və şantaj etmək cəhdlərinə son qoyulsun! Səfirin təmsil etdiyi ölkənin vətəndaşını şərləməsi, ona böhtan atması, görünməmiş hadisədir! Mən dövlətimin qarşısında gözüm kölgəli deyiləm! Burada ölkəmin təhlükəsizlik orqanlarına müraciət edərək bildiriəm ki, mənə qarşı yazılmış böhtanların hər birinə cavab verməyə, ədalətin bərqərar olması üçün danışmağa hazıram. Həmçinin, səfirin qonaqlarının, qohumlarının onun sifarişi ilə şərab daşımasını göstərən videogörüntüləri da Madriddəki hava limanından əldə olunmasında dəstək ola bilərəm. Bilirəm ki, bizim çoxdan məlumatlı olduğumuz, dəfələrlə Bakıya, rəsmi orqanlara yazılı müraciət etdiyimiz problemlər haqqında artıq siz də bilirsiz. İspaniyadakı səfirliyimizin yarıtmaz fəaliyyəti haqqında artıq hamı bilir. Ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin də bu barədə bilən kimi dərhal sərt tədbirlərə əl atması bizi, İspaniyada yaşayan azərbaycanlıları, diaspora fəallarını sevindirir və ümidləndirir. Biz nəhayət, vətənimiz Azərbaycanın İspaniyada layiq olduğu yüksək səviyyədə təmsil olunacağına ümidlənirik. Biz ölkəmizi və dövlət başçımızın apardığı siyasəti daim dəstəkləmişik və təbliq etmişik. Bizim səfir Anar Məhərrəmovla heç bir şəxsi ədavətimiz yoxdur. Amma haqsızlığa da göz yummamışıq. Çünki burdakı yarıtmaz fəaliyyət ölkəmizin imicinə ziyan vurur. Səfir Anar Məhərrəmovun ziyanlı fəaliyyətinin qarşısı alınmalıdır. Bunu daha əvvəldən etmək olardı. XİN nə üçün bu günə qədər olanları ört-basdır edib? Səfirliyin 2 sürücüsü, ötən 2 il ərzində Anar Məhərrəmovun şərab şüşələrini daşıyarkən ehtiyyatsızlıqdan onları sındırdıqları üçün işdən qovulub Bakıya göndərilib. Eyni dövrdə səfirliyin daha 4 əməkdaşı töhmətlə işdən qovulub. Niyə? Çünki onlar şəxsi yükləri adı ilə səfirə məxsus şərabı Bakıya aparmaqdan imtina ediblər. Bunlar axı XİN-də heç kimə sirr deyil! Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) İspaniyadakı xüsusi müxbiri olan xanım da səfir Anar Məhərrəmov və onun atası sabiq rektor Abel Məhərrəmovun təzyiqləri nəticəsində bu ölkədən göndərilib. Onu azyaşlı övladları ilə təhdid edəcək qədər vicdansızlıq edilib. Şəxsən mənim özümdən DTX-ya şikayət edərək təxribatçı kimi qələmə verən Anar Məhərrəmov daha sonra mənə absurd bir sənədə imza atdırmağa çalışıb. O sənəd hələ də məndədir. Mən azərbaycanlıyam, ölkəmin maraqları və Cənab Prezidentin diaspora qarşısında qoyduğu vəzifə və tapşırıqlar mənim üçün qanundur. Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizin adına layiq davranmalıyıq. Diplomatların isə bu birbaşa vəzifə borcudur. Mənə atama görə yox, öz fəaliyyətimə görə hörmət edirlər. Biz qədimdən görmüşük atalar oğullarını vətənə qurban verər, vətəni oğluna qurban verməzlər!”. /bizimyol.info/

Комментариев нет:

Отправить комментарий