05.12.2018

Qurban Cəbrayıl: "Araşdırmalar göstərir ki, Yer kürəsinin harasında, hansı zəmində baş verməsindən asılı olmayaraq, bütün münaqişələrin törədicisi ABŞ, mason lojası, ümumiyyətlə, Qərb imperializmidir. Bu, ən müxtəlif - "parçala və hökm sür" siyasəti, təbii sərvətlərin talanı, köhnəlmiş silahların satışından gəlir və digər məqsədlərlə həyata keçirilir. Qərb müstəmləkələrinə öz kadrlarını rəhbər təyin edir ki, istismarı daha rahat reallaşdıra bilsin. Milli-azadlıq hərəkatlarını hər vəchlə boğmağa çalışır. Necə ki, biz bunun bariz təzahürünü Yəməndə vətəninin müstəqilliyini arzulayan, azadlıqsevər Husilərin timsalında görürük. Avropada bir nəfərin ölümündən siyasi şou düzəldən Qərb ictimai-siyasi, diplomatik, media dairələrinin Şərqdə, müsəlman aləmindəki qlobal faciələrin (indiki halda Yəmən, Suriya, Əfqanıstan, Kəşmir) müqabilində susması riyakarlıqdan, ikili standartlardan qaynaqlanır".  

Комментариев нет:

Отправить комментарий