12.12.2018

Kolumbiya polisi uşaq seks şəbəkəsini işlədən 6 israillini həbs etdi

Kolumbiya polisi altı yaşındakı qızları istismar edən və Latın Amerikasında İsrail turistləri ilə cinsi əlaqəyə məcbur edən 6 nəfərlik şəbəkəni ifşa edib.
İki il davam edən istintaqdan sonra Kolumbiya təhlükəsizlik polisi, azyaşlı qız uşaqlarını istismar edən İsraildən olan şəbəkəni çökdürməyi bacarıb.
eastnews.org-un verdiyi xəbərə görə, şübhəlilərin hamısı uzun müddətdir "İnterpol" tərəfindən kiçik yaşdakı uşaqları fahişəliyə məcbur etdiklərinə görə axtarılırdı.
Baş prokuror Nestor Humberto Martinez verdiyi açıqlama zamanı bildirib ki, bu istismara kolumbiyalı qız uşaqları cəlb olunub.
Həmçinin həbs olunanlardan 45 milyon dollar məbləğində pul müsadirə olunub.

Комментариев нет:

Отправить комментарий