12.12.2018

Söyün Sadıqov: Azərbaycanlıların və ermənilərin qanları istər-istəməz bir-birinə qarışıb

"Rusiyada yaşayan azərbaycanlı gənclər ermənilərə düşmən kimi baxmırlar. Hətta onlar bir-birlərini sevirlər, bir yerdə oxuyub, oturub-durular. Çünki burada yaşayan erməni gənclər də azərbaycanlılara düşmən kimi yanaşmırlar. Onlar üçün Qarabağ faktoru mühim sayılmır". 
Bu fikirləri demokrat.az-a eksklüziv açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov bildirib. S.Sadıqov deyib ki, Rusiyada yaşayan azərbaycanlı və erməni gəncləri arasında istər-istəməz dostluq münasibətləri mövcuddur: "Bu gün Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında dostluq və normal münasibətlər mövcuddur. Bunu yalandan danmaq olmaz. Hətta bizim cavanlarımız erməni qızları alırlar. Bunu da müəyyən qədər başa düşmək lazımdır. Çünki azərbaycanlılar və ermənilər tarixən bir yerdə yaşamış xalqlardır, qanlarımız istər-istəməz qarışıb. Hələ 30-50 il əvvəl Qarabağ problemi ortaya çıxmayana qədər azərbaycanlıların çoxu erməni qızları ilə evlənirdilər. Bakıda nə qədər insanın anaları və həyat yoldaşları erməni olan kişilərimiz var. Bunun da konkret səbəbləri olub. Azərbaycanlılar və ermənilər arasında yeganə problem Qarabağ münaqişəsidir. Bu münaqişəni də SSRİ deyil, ABŞ yaradıb. Bu münaqişə nə azərbaycanlıların, nə də ermənilərin marağında deyil. Ermənilər bu münaqişəyə qədər azərbaycanlılarla çox mehriban şəraitdə yaşayıblar. Onların nəyinə lazım idi ki, belə problem olsun?".

Комментариев нет:

Отправить комментарий