İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bəzi azərbaycanlı məmur və nazirlərin dövlət büdcəsindən mənimsədiyi milyonları, milyardları xaricə daşıması, orada mülklər alması barədə dəfələrlə mətbuatda və sosial şəbəkələrdə informasiyalar yayılması faktdır.
Amma müəllifə görə, dövlət vəsaitinin talanması bir problemdirsə, həmin pulların ölkədən çıxarılması ikiqat problemdir.
Müəllif deyir ki, heç olmasa həmin çıxarılan milyardlar ölkə iqtisadiyyatına yatırılsaydı, dövlətin inkişafına, xalqın güzəranın yaxşılaşmasına təkan olardı.
N.Cəfəri ölkədən çıxarılan pulların Azərbaycan iqtisadiyyatına vurduğu zərər barədə bildirir ki, Azərbaycan iqtisadiyyatına investiyaların yatırılmaması tək pulun oğurlanması ilə bağlı deyil: "Azərbaycanda investisiya mühiti ilə bağlı problemin olmasıdır. Qanunsuzluq mühitinin hakim olmasıdır ki, məhkəmələr müstəqil deyil, mülkiyyət hüququ qorunmur, investisiya üçün normal şərait yoxdur. Yəni, Azərbaycanda bunlar olmamalıdır ki, Azərbaycandan çıxarılan milyardların da yatırım kimi istifadəsi haqqında bir fikir bildirmək mümkün olsun. Bunun üzərinə korrupsiyanı, inhisarçılığı, büdcə talamasını da gələndə daha pis nəticə alınır. Söhbət milyardlarla vəsaitin illər ərzində Azərbaycandan çıxarılaraq xaricə yatırılmasından gedir".
Ekspert iddia edir ki, Azərbaycandan günü bu gün də vəsait çıxır, sabah da çıxacaq, çünki Azərbaycanda yatırım üçün imkanlar yoxdur, məmurlar, böyük korrupsionerlər bir yana, orta sinfə aid vətəndaşlar belə Azərbaycana yatırım etmək istəmirlər: "Nə qədər ki Azərbaycanda bu şərait var, ölkədən kapital qaçışı davam edəcək və korrupsiya yolu ilə qazanılan pulların böyük əksəriyyəti də xaricə yatırılacaq".
N.Cəfərli deyir ki, Azərbaycanda ümumi daxili məhsuldan hər vətəndaşa düşən pay çox aşağı, hətta dünyanın inkişaf etməkdə olan ölkələrindən də aşağı səviyyədədir: "Adambaşına 3500-4000 dollar düşür. Əgər o yatırımlar Azərbaycanda olsaydı, indi Azərbaycanın iqtisadiyyatından adambaşına düşən pay ən azı 2 dəfədən çox olardı".
Ekspertə görə, ölkənin ixracatda enerji daşıyıcılarından asılılığı dünyada ən yüksək səviyyədədir, dünyada ikinci belə bir ölkə yoxdur ki, ixracatının 92%-i enerji daşıyıcılarının üzərinə inşa edilsin. O 1994-cü ildən bu yana ölkənin neft satışından 150-200 milyard pul qazandığı, bu pulların nə qədərinin xaricə daşınmış ola bilməsi ilə bağlı isə deyir: "Təbii ki, dəqiq rəqəm söyləmək çətindir. Bir misal desək, bunu oxucular da anlamış olar. Məsələn, Rusiya ilə bağlı belə hesablamalar aparılıb. Rusiya müstəqillik qazanandan bu günə qədər Rusiyadan 1 trilyon 200 milyard dollar, yəni bügünkü ölkə büdcəsinin 3 qatı çıxarılıb. Azərbaycanda da buna bənzər iqtisadi və siyasi sistem olduğunu və indiki büdcənin 12-13 milyard dollar olduğunu nəzərə alsaq, bunun 3-4 qatı qədər vəsaitin Azərbaycandan çıxarılması ehtimalı çox yüksəkdir. Yəni söhbət 50-80 milyard arasındakı bir vəsaitdən gedir ki, bu da çox böyük bir vəsaitdir". /hurriyyet.org/

Комментариев нет:
Отправить комментарий