11.07.2019

FETÖ üzvlərinin ağılasığmaz inancları - İlginc faktlar

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı təşkilatın terrorçuluq fəaliyyətinə dair yeni faktlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, FETÖ-nün 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra Türkiyə Cumhuriyyəti təşkilat barədə 100 min səhifəlik istintaq işi başladıb.
Türkiyə hüquq mühafizə orqanlarının istintaq zamanı təşkilatın üzvlərindən aldıqları məlumatlar maraqlı detalların aşkara çıxmasına səbəb olub. Bəlli olub ki, “söhbət abisi” olaraq adlandırılan şəxslər internetə qoşulmayan “kor bilgisayarlar” vasitəsilə şəbəkənin işini qurublar.
Təşkilat rəhbəri Fətullah Gülənin təlimatı əsasında üzvlər ciblərində 1 dollar gəzidirblər. Guya bu pullar onlara uğur gətirəcəkmiş.
Üzvlərdən birinin dediyinə görə, hətta Fətullah Gülənin qeyri-adi gücə sahib olduğuna inandıqları üçün onun içdiyi bardaqdan qalan suyu “zəmzəm” sayıb içənlər də olub.
Üzvlər arasında məşhur simalar "Qalatasaray"lı Arif Erdem, "Samanyolu Tv"nin direktoru Hidayet Karaca, "Zaman" qəzetinin yazarı Ali Ünal da yer alıb.

Комментариев нет:

Отправить комментарий