Elçin Bayramlı: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkərə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlament boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri ümzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.
Комментариев нет:
Отправить комментарий