Bir neçə gün əvvəl Azərbaycan mediası sevincək halda xəbər verdi ki, İsrailin Ermənistana yeni göndərdiyi səfiri Azərbaycan və Türkiyəyə böyük jest edib! İsrail səfiri "erməni soyqırımı" abidəsini ziyarət etsə də "soyqırım" sözünü işətməyib və deyib: "Belə böyük cinayətlərin təkrarlanmaması üçün, bu cinayət tədqiq olunmalıır".
Azərbaycan mediasının bundan sevinməsi və bunu Israil səfirindən böyük bir jest kimi qəbul etməsi özü olduğca təəccüblüdür. Rəhmətlik Səməndər Rzayevin oynadığı keçmiş nazir müavini Şakir Şəkəroviç Şirinovun dediyi kimi: “Gör bizi nə ilə təbrik edirlər – dütdülü!”
Bundan əvvəl isə Azərbaycan mediası yazırdı ki, azərbaycanlı yəhudi deputat, sionist Yevda Abramovun yalnız bircə zəngi ilə İsrail Knesseti "erməni soyqırımının tanınması" qanun layihəsini öz gündəmindən çıxarıb!
Azərbaycan mediası bu xəbərlə müsəlman xalqı sionistlər qaşısında borclu çıxarırdı.
Xalqın gözünə kül üfürən Azərbaycanın muzdur KİV-lərinin nəzərinə çatdırmağı borc bilirik. Ola bilər Yevda Abramov Azərbaycan Respublikasında əhəmmiyyətli fiqur olsun. Amma Yevda Abramovun İsrailin daxildəki siyasətində heç bir ciddi yeri yoxdur.
İsrail siyasətində Abramov yalnız Azərbaycan Respublikası mediasını aldada bilər.
İsrail siyasətçiləri Abramovu tələskən və yalnız öz və övladlarının səxsi mənafeyini düşünən bir şəxs kimi tanıyırlar ki, əlbəttə yəhudi olduğuna görə Azərbaycan Respublikası kimi ölkənin parlamentində İsrailin ruporu kimi yaxşı rol oynaya bilir.
Əgər Azərbaycan KİV-ləri o sözləri Yevda Abramovun əvəzinə Diaspora İşləri Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov barəsində desəydilər, onda bu başqa məsələ. Çünki Fuad Muradov nüfuzlu sionist Barux Livivin himayəsində olan azərbaycanlı siyasətçilərdəndir və buna görə də Knessetdə Likud Partiyası üzvlərinin dəstəyini qazana bilərdi. Ancaq Yevdanın belə bir imkanı yoxdur.
Yevda Abramov çox “əziyyət çəksə”, onu edə biləcəyi yalnız Kesetin nüfuzlu üzvləri olan xanim Tzipi Hutuvuli və bu qanun lahihəsinin əleyhinə olan daha 41 deputatı öz tərəfinə çəkə bilər! Amma bu layihəni irəli sürən nüfuzlu deputatlar, o cümlədən Yeir lapid, Hayım Orun və xanım Tamar Zindberg kimilərin qarşısında Yevda Abramov İsrail Knessetində kimdir ki?
Azərbaycan mediası xalqın başını şou-biznesə qatıb və elə bilirlər ki, daha kimsə siyasətdən anlamır. Və xalqı aldatmağa çalışırlar.
Baba Punhan
https://www.facebook.com/photo.php?fbid=1190823557756906&set=a.126654324173840&type=3
https://www.facebook.com/photo.php?fbid=1190823557756906&set=a.126654324173840&type=3
Комментариев нет:
Отправить комментарий