06.07.2019

Azərbaycanı ingilis işğalından azad etmək üçün Milli Azadlıq Hərəkatı yaradıldı

Aslan Aslanov: “Adını müstəqillik qoyublar, amma bu müstəqillik yox, koloniyadır”

“Rusiya Federasiyasının Silahlı Qüvvələri SSRİ ərazilərini işğaldan azad etməlidir!”

BP-yə qarşı kəskin çıxışları ilə yadda qalmış azərbaycanlı ictimai-siyasi fəal Aslan Aslanov “NOD-Azərbaycan” adlı siyasi təşkilat yaratmışdır.
Aslan Aslanov bildirmişdir ki, o bu təşkilatı Rusiyanin tanınmış ictimai-siyasi xadimi Yevqeni Fyodorovla danışıqlardan sonra yaratmaq qərarına gəlmişdir. Təşkilatın məqsədi Azərbaycanı ingilis işğalından azad etməkdir.
Rusiya Dövlət Dumasının deputatı Yevqeni Fyodorov ölkənin dollar asılılığından qurtarılması proqramı ilə 2012-ci ildən meydana çıxmış “Naçionalno-osvoboditelnoe dvijenie” (NOD – Milli Azadlıq Hərəkatı) adlı təşkilatın rəhbəridir. Aslan Aslanovun yaratdığı “NOD-Azərbaycan” həmin hərəkatın filialı kimi fəaliyyət göstərəcək. NOD təşkilatı da Avrasiya Hərəkatı və KOB təşkilatları kimi Putinçi təşkilatlar kimi tanınmışdır və Rusiyanın yeni milli strategiyasının formalaşdırılması yolunda addımlar atmaqdadır.
Aslan Aslanov “NOD-Azərbaycan” təşkilatının rəhbəri kimi xalqa etdiyi video-müraciətində SSRİ-nin sərhədlərini bərpa etməyə və İngiltərənin BP neft şirkətini Azərbaycandan qovmağa çağırmışdır. O Rusiya Prezidentinə, İstintaq Komitəsinə, Prokurorluğuna müraciətlər olunması və SSRİ-nin ləğvi ilə bağlı qeyri-qanuni qərarların ləğv edilməsi üçün kampaniyaya başladığını, azərbaycanlıları bu kampaniyaya qoşulmağa səslədiyini bildirmişdir. Onun çıxışından bəzi hissələri sizə təqdim edirik:

“Azərbaycan ərazisindən neft və qaz qeyri-qanuni yolla oğurlanır. Neft və qaz SSRİ-yə məxsusdur. Neft və qazın yiyəsi SSRİ-dir, onları yalnız SSRİ çıxarda bilər. Amma neft və qazı SSRİ çıxartmır, SSRİ-dən qondarma yolla ayrılmış separatçı respublika, separatçı respublikanın qondarma hakimiyyəti və Qərb bir yerdə təbii sərvətlərimizi oğurlayırlar. Bəli, bu satma prosesi deyil. Təbii sərvətlərimizin yiyəsi onlar deyil, -nə indiki Azərbaycan hakimiyyəti, nə də Qərb- neft və qazın yiyəsi SSRİ-dir. Son 29 ildə SSRİ-nin təbii sərvətləri beləcə talanır, 
indiki qeyri-legitim, qondarma hakimiyyət Qərblə bərabər təbii sərvətlərimizi oğurlayır. Oğurluğun 90 faizini Qərb yerinə yetirir; yerin altından özünə aid olmayan şeyi çıxardır, 90 faizini özü oğurlayıb götürür, 10 faizini də onunla əlbir, işbirliyində olan indiki qondarma Azərbaycan hakimiyyətinə verir. 1 nömrəli oğru Qərbin özüdür”. 
“İngiltərə adlı fahişə ki var, balaca bir dövlətdir, amma onun dünyada idarə etdiyi dövlətlərin sayına baxın! İndiki Azərbaycan da onun koloniyasıdır. İngiltərə Azərbaycanın 90 faiz neftini oğurlayır. Bir ölkənin ki ərazisindən 90 faiz neftini daşıyıb aparırlarsa, bu oğurluqdur. Amma oğurluq öz yerində, oğurluq prosesinin içərisində zaçumarit eləməyin dərəcəsinə baxın! 90 faizini özü oğurlayır, 10 faizini də separatçı hakimiyyətə verir. Bu koloniya olmaq deyil, bəs nədir?! Bundan böyük ingilisin tulası olmaq olarmı?! Fikirləşin, bu tulalığın yüksək dərəcəsidir! Bu təkcə Azərbaycana aid deyil, İngiltərənin koloniyaya çevirdiyi ölkələr hamısı bu gündədir”.
“İngilis oğraş Azərbaycan neftinin 90 faizini oğurlayıb aparır. Ona kim icazə verib Azərbaycanın təbii sərvətini oğurlayıb aparsın? Bu qondarma hakimiyyət icazə verib! Neft və qazın yiyəsi nə bu qondarma hakimiyyət deyil, nə də bu qondarma hakimiyyəti əvəz etməyə hazırlaşan fahişə müxalifət deyil! Neft və qazın yiyəsi SSRİ-dir. Elə bir vəziyyət yaranıb ki, bizim itirəcəyimiz bir şey yoxdur. Ya biz Qərbin qarşısında geri çəkilib hamımız məhv olacayıq, ya da ki zor gücü ilə SSRİ-nin ərazi bütövlüyü bərpa olmalıdır. Rusiya Federasiyası bu ədalətli addımı hökmən atmalıdır: qoşun yeridib respublikaları işğaldan azad etməlidir. Həm özünə görə, yəni SSRİ-nin böyük hissəsi olduğuna görə, həm də ətrafdakı koloniyaları xilas etmək üçün, yəni ingilis işğalı altında olan respublikaları qurtarmaq üçün. Adını müstəqillik qoyublar, amma bu müstəqillik yox, koloniyadır. Tarixi ədalət bərpa olmalıdır və bu istiqamətdə iş gedir”.
“Rusiya Federasiyasının Silahlı Qüvvələri SSRİ ərazilərini işğaldan azad etməlidir! Zor gücü ilə, müharibə yolu ilə, silahlı müdaxilə yolu ilə Rusiya SSRİ-nin ərazisini bərpa etməlidir. Biz heç kimin ərazisinə girmirik, yalnız öz ərazilərimizi bərpa edirik – yalnız bu formada! Separatçılar cəzalanmalı, SSRİ-nin ərazi bütövlüyü bərpa olmalı və Qərb bizim regiondan rədd olub getməlidir”.
“Vaxtilə nəyə görə Maqadana sürgün eləyib göndərirdilər? Ona görə ki, həmin tulalar satqın idilər, ingilisə, fransıza köpəklik edirdilər. Bunlara başa salırdılar ki, ay köpək, ingilis, fransız sənə xoşbəxtlik gətirə bilməz, o səni aldadıb gəlib neftini-qazını oğurlayacaq, çumo olacaqsan. Buna bir dəfə deyirsən başa düşmür, iki dəfə deyirsən başa düşmür, üçüncü dəfə - bunun başqa yolu yoxdur, bunu Maqadana göndərmək lazımdır”.
“Azərbaycan xalqının sevinəcəyi yeganə gün Rusiya Silahlı Qüvvələrinin Azərbaycana, Rus tankının Bakıya daxil olacağı gün olacaq. Xalqımız ingilis zülmündən məhz onda azad olacaq. Bax onda görəcəksiniz ki, dövlət, ərazi bütövlüyü, qanunçuluq nədir. Bax onda əvvəlki boşluqlar buraxılmayacaq. Bu dəfə ingilislərlə, amerikanlarla belə danışılmayacaq, əmin olun!”

Комментариев нет:

Отправить комментарий