Ötən ilin noyabr ayında HƏMAS İsrail Ordusunun Qəzzaya sızmaq istəyən xüsusi təyinatlılarının uğursuz əməliyyatları haqda məlumat vermişdi.
islamazeri.com xəbər verir ki, o dönəmdə İsrail Ordusu HƏMAS-ın bu açıqlamasını qeyri-rəsmi media vasitəsilə təkzib edərək rəsmi açıqlama verməmişdi. Lakin dünən İsrail Ordusu noyabrda baş vermiş uğursuz əməliyyat haqda məlumatların mediaya ötürülməsinə izin verib.
Qeyd edilir ki, İsrail Ordusunun bu əməliyyatı özlərinin səhvi nəticəsində uğursuzluqla nəticələnib. Adı açıqlanmayan polkovnik-leytenant digər adı açıqlanmayan polkovnik-leytenantı səsboğucu tapança ilə qətlə yetirib. Məlumata görə, Qəzzanın Han Yunis bölgəsində sərhəddə HƏMAS döyüşçülərinin sənədləri yoxlaması zamanı İsrail xüsusi təyinatlılarından mülki geyimdə olan bir qrupu təşvişə düşüblər. Polkovnik-leytenantlardan biri səsboğucu tapança ilə HƏMAS üzvünə atəş açmış, atışma zamanı isə İsrail xüsusi təyinatlısı polkovnik-leytenanta atəş açaraq qətlə yetirmişdir. Xüsusi avadanlıqla təchiz olunan maşını da, dostlarının cəsədini də Han Yunis sərhədində qoyan qrup üzvləri İsrail Hava Qüvvələrinin köməyilə canlarını qurtararaq qaçmışlar. Bundan sonra xüsusi avadanlıqla təchiz olunan maşının ələ keçməməsi üçün İsrail vertolyotları ona atəş açmışlar.
Netanyahu bu əməliyyatı "qəhrəmanlıq" adlandırsa da, İsrail Ordusu əməliyyata "yerinə yetirilməmiş" möhürü vurmuşdur.
Qeyd edək ki, HƏMAS tərəfi xüsusi təyinatlı kəşfiyyatçı diversantların əməliyyat planlarını alt-üst etdiklərini bildirmişdi.
Комментариев нет:
Отправить комментарий