3 gün əvvəl, bir qrup Gürcüstan vətəndaşı, o cümlədən hərbi geyimdə olan gürcülər Azərbaycan Respublikasının sərhədlərinə hücum edərək, sərhədi qoruyan Azərbaycan əsgərlərini tapdalayıb, silahlarini əllərindən alıb və söydülər.
Amma İranda hansısa separatçı, qatil və ya narkotacir həbs edilərkən İran səfirliyi qarşısına göndərilən "Millətçı Gənclər Təşkilatı" üzvləri deyəsən Azərbaycanda deyillər və heç elə bil Gürcüstan sərhəddində yaşanan bu hadisədən heç xəbərləri də olmadı.
Bizim dəqiq məlumatımız var ki, "Millətçı Gənclər Təşkilatı" yalnız bir addan başqa bir şey deyil. Bu ad Prazident Aparatında Əli Həsənovun vaxtilə başçılıq etdiyi ictimai-siyasi şöbədə qondarılıb; o şöbə məsləhət bilən hallarda "Millətçı Gənclər Təşkilatı" adı altında maskalanan bir neçə axmaq hakimiyyət muzdurlarına yolçu payı verilir və onları İran səfirliyinin qarşısına göndərirlər. Güya ki, İranda "milli fəallar" (separatçılıq təbliğatı və qaragüruh əməllər ilə məşğul olanlar- azəri adına ləkə gətirənlər) təzyiqlərə məruz qalanda "Millətçı Gənclər Təşkilatı" onların hüquqlarını müdafiə edir.
Bəs görəsən niyə "Millətçı Gənclər Təşkilatı" öz vətəndaşları olan əsgərləri gürcü hücumçular qarşısında müdafiə edə bilmədilər? İrana qarşı cuşa gələn bu hakimiyyət muzdurları harda ölüblər?! Yoxsa olmayan “qeyrətləri” yalnız İrana qarşı cuşa gələ bilir?!
Qarabağın əldən getməsi və Azərbaycan hakimiyətinin bununla barışmış olmasının sezilməsi gürcüləri də bu qənaətə gətirib ki, “ermənilər özününkü bildikləri Qarabağı aldıqları halda, biz gürcülər niyə özümüzün bildiyimiz David Qareci məbədlərini almayaq?" Həm də elə bir halda ki, Azərbaycan Respublikasında hakimiyyəti zəbt edib BP-nin ölkədən çıxardığı neft pullarının tör-töküntüsü ilə kef edən hakimiyyət, sionistlərin əmrinə əsasən Gürcüstan müqabilində heç bir müqavimət görstərə bilməz.
Azərbaycan hakimiyyətinin Gürcüstana qarşı hər hansı bir addım atmasına ixtiyarı yoxdur! Çünki Gürcüstan hazırda sionizmin məntəqədəki vuran qolu missiyasını yerinə yetirir və son günlərdə bu dövlətin Rusiyaya qarşı törətdiyi təxribatlar da bunun bariz nümunəsidir.
Baba Pünhan
https://www.facebook.com/photo.php?fbid=1192275167611745&set=a.126654324173840&type=3&theater
Комментариев нет:
Отправить комментарий