30.07.2019

80 faiz uşaq doğuş vaxtı bədbəxt edilir: çox xəstəliklərin əsası doğum evində qoyulur – MƏŞHUR ALIMDƏN SENSASİYA

Professor, həkim nevroloq Aleksandr Ratner Kazan uşaq nevrologiya məktəbinin banisi hesab olunur. Kazanda sağlam uşaqların sayının artmasında əvəzsiz rolu olan, xüsusi Kazan doğuş metodikasını tətbiq edən həkimə dünya şöhrətini tibb elmində açdığı yeni xətt gətirib. Ratner sübut edib ki, doğuş zamanı əksər uşaqların sinir sistemi zədələnir, bu da gələcəkdə xəstəliklərin əsasını qoyur. Düzgün aparılmayan və xüsusi texnikası olmayan doğuş zamanı nəinki uşağın baş-beyni, həmçinin onurğa beyni də travma alır.
Ratnerin təşəbbüsü ilə doğuma icazə və buraxılış qaydaları, eləcə də doğuş zamanı uşaqların beyin və onurğasının travma almasının qarşısını alan tədbirlər, yeni metodlar Kazanda yenidoğulmuşlarda nevroloji problemləri 4 dəfə azaldıb.
QISA ARAYIŞ. Aleksandr Ratner 1934-cü ildə anadan olub. Atası Kazan onkologiya məktəbinin banisi cərrah idi. Əsas sahəsi onurğa, baş beyin, boyun problemləri olan Ratner, hələ 1964-cü ildə "Boyun miqreni" mövzusunda namizədliyini, boyun ostexondrozu üzrə isə doktorluq disertasiyasını müdafiə etmişdi. 33 yaşında doktorluq alan ən gənc həkimlərdən idi. O 1973-cü ildə Kazanda uşaq nevroloji kafedrasını təşkil edir və 20 il rəhbəri olur. İlk dəfə onun rəhbərliyi altında ölkədə uşaqların vertebrogen sinir sisteminin problemləri üzrə klinika yaradılıb. Onun bütün elmi fəaliyyəti perinatal nevralgiyaya həsr olunub. O dövrdə SSRİ-də ilk alim idi ki, bu mövzuda açıq çıxışlar edib, elmi məqalələri beynəlxalq dərgilərdə çap olunurdu. Ratner 1992-ci ildə vəfat edib. 2004-cü ildə 70 illik yubileyi ərəfəsində şəhər kliniki uşaq xəstəxanasına onun adı verilib.
Medicina.az dahi alimin uşaq nevroloji problemlərinin kökündə doğuş travmaları, mamaça səhvləri, perinatal dövrdə düzgün diaqnostika olunmaması barədə günümüzdə də aktual olan fikirlərini və elmi yanaşmasını təqdim edir.

Bir xəstə uşaq bir ananın ömrünü cəhənnəmə döndərir. Niyə?
"Mən həkimliyə böyük, yəni 18 yaşdan yuxarı insanların nevroloji problemlərini həll etmək üçün gəlmişdim.
Miqren, ostexondroz, onurğa problemlərini müalicə etmək həvəsi ilə alışırdım. Mənim elmi rəhbərim Ruseçskiy rəhmətə gedəndə kafedra rəhbəri kimi məni hazırlayırdılar. Amma sağ olsun, dostlarım və ya düşmənlərim deyək, mənə bu vəzifəni  etibar etmədilər, digər kafedraya təyin etdilər. Buna görə mən onlara indi minnətdaram. O vaxt yeni yaradılmış uşaq nevroloji kafedrasında ağ vərəqdən başladım. O dövrdə şəhərdə uşaq mütəxəssisi yox idi, heç xəstə də tapılmırdı. Hamı uşağını pediatra göstərirdi.
Mənim xəstəxanamda həmişə çarpayıların yarısı boş idi. Uşaq nevrologiyası bir elm kimi mövcud deyildi. 
Deməli, mən də öyrənməliydim. Moskvaya getdim, kafedrada oxudum, öyrəndim, geri qayıdıb qollarımı çırmaladım. Uşaqlarda nevroloji problemləri çox öyrəndikcə, müşahidə etdikcə bir o qədər çox boşluqlar, ağ ləkələr aşkarlanırdı. Hər bazar günü morqda uşaq meyitlərinin yarılmasında iştirak edib, ölkədə uşaq ölümü və xəstəliklərinin araşdırılmasının bərbad olmasını gördüm. Yalnız uşaqlar doğuşdan sonra qəfil ölə bilərdilər. Bu diaqnoz idi, təsəvvür edin, uşaq ölür və deyirlər: qəfil öldü. Yenidoğulmuşlar nədən ölüb, səbəblər nə idi? Mən bunun doğuş travmaları olduğunu görürdüm. Amma heç kim bunu qəbul etmirdi. İndi-indi Amerika və Avropada da bunu qəbul edirlər.
Uşaqlarda ensefalopatiya adlanan beyin patologiyası var. Əgər cərrah bryuxopatiya diaqnozu qoyursa, onu işdən qovmaq lazımdır. Pediatrlar isə analara deyirdi, nə olsun ensefalopatiyadır, böyüyəcək. Uşaq pəncəsini yerə gec basır – böyüyəcək. Gec danışır- eybi yox, gözlə. Qol əzələsi gücsüzdür, yanında sallanıb– böyüyəcək. Hamı beləcə özünü aldada-aldada illəri yola verirdi. Pediatrlar deyirdi, eybi yox, cəmi 2% uşaqda əl-ayaq zəifdir, cəmi 3% gec danışır. Nə qədər uşaqdır? Kazanda 300-400 uşaq. Bu 300-400 uşaq  səhiyyə üçün heç nə idi, cüzi rəqəm. Qalanı ki, normaldır. Əgər normal demək olarsa. 
300 uşaq o deməkdir ki, 300 ana xəstə uşaq böyüdür və 300 ananın həyatı cəhənnəmə dönüb.
"Siçanlar belə insan doğuş metoduna dözmədi".
Bizim kafedranın əməkdaşı laboratoriyada siçanlar üzərində təcrübə apardı. Dişi siçanlara insansayağı doğuş modeli tətbiq etdi. Hamilə siçanları necə ki, qadın  doğur o şərtlər, o texnika ilə doğuzdurdular. Bax, bu tibbi manipulyasiyalara heç bir siçan balası dözmədi, hamısı doğuşdan sonra öldü. Ona görə sübut olundu ki, hətta ən normal, ideal keçən doğuşda belə mamaça uşağa travma vura bilər: ya boynunu, ya onurğasını sıxacaq, əyəcək, ya arteriyasını dartacaq. Bunun nəticələri isə çox acınacaqlı olur.
Uşaqda qıcolmalar olur. Ağlayır, qızarır, qıc olur, hərarət olur, qıc olur. Analar qıcolmalardan qorxmalıdır. Əgər uşaq göyərənə kimi ağlayırsa, onu artıq həkimə aparmaq lazımdır.
Bəzən isə bu doğuş travmaları illər sonra özünü göstərir.
Məktəbəqədər uşaqları müayinə edəndə, 33%-də nevroloji problem və kənarlaşma aşkarlayırdıq. Hansı ki, o uşaqlar sağlam hesab olunurdu. Və bu problemlərin 29%-i doğuş travmasından qaynaqlanmışdı.
Hansı xəstəliklər doğuş travmasından yaranır? Bu siyahı ildən-ilə artır. Bizim həkim Yelena Maqomedova ilk dəfə uşaqlarda gecə sidik saxlamama probleminin patogenetik müalicəsini təklif edib.
Pediatr Saidova təyin edib ki, tənəffüs pozulması, ağciyər problemləri doğuş travması ilə bağlıdır.
Çox hallarda raxit sadəcə raxit deyil, kobud nevrologiyadır.
Əyri boyunluq. boyun fəqərələrndə problem, skolioz, ostexondroz, çanaq-bud çıxığı, sümükdə əyilmələr, yaxındangörmə, çəpgözlük, baş-beyin qan dövranı pozğunluğu, vertebro bazilyar çatışmazlıq, hemorragik insult, baş ağrıları, oyanıqlıq, hoperaktivlik, enurez – bunlar hamısı nevrologiyadır və özəyi 80% hallarda  doğuşdan qoyulur.
Uşaqlarda onurğa beyin insultu olur. Bu da doğuş travmasından qaynaqlanır.
Epilepsiyaların 70% i doğuş travmasıdır – baş-beyin zədələnib. Epilepsiyanın müayinə-müalicəsi uşaq doğum evindən hələ çıxmamış başlamalıdır, bax onda sağalma şansı olar.
Uşağa nevroloqlar komandası doğulan kimi baxmalıdır. 10% yenidoğulmuşda ciddi və kobud zədələnmə, 25% uşaqda isə orta və yüngül zədələr aşkarlanır. Bu metodların və mexanizmin sayəsində Kazanda doğum travması 4 dəfə azalıb.
Mamaçada günah yoxdur, o da düz bildiyini edir. "Mamaçaların bizdən küsmək, etiraz etməyə səbəbləri yox idi. Onlar pis işləmirdilər, doğuşu da qəbul edirlər. Necə görüblərsə, öyrəniblərsə, onu da edirlər. Amma barışmaq lazımdır ki, müasir doğuş nəyi tələb edir və qaydalar dəyişməlidir. İlk dəfə mən bu işlərə başlayanda şəhərin baş mamaçası və professor Sidorov dəstəklədi. İndi Rusiyanın bir çox şəhərlərində Kazansayağı doğuş edirlər. Bu metodu isə bizim tələbəmiz Albira Xasanova ilk dəfə tibbə gətirdi.
Kazanda xüsusi elmi-araşdırma mərkəzi fəaliyyət göstərir. Ölkədə yeganə yerdir ki, burda doğum travmaları öyrənilir.
Mənim "Sinir sisteminin gecikmiş ağırlaşmaları” kitabım dünyada bir çox professorun stolüstü kitabıdır.
İnsan doğuşdan ya xəstə olur, ya da sağlam. Körpənin sağlam doğulması 40% perinatal dövrdən, bətndən başlayırsa, 60%-i doğuşdan asılıdır. Bətndaxili müayinədə onsuz da ağır patologiyalar görülür və xəstə döl yaşamır, ya da biz götürürük. Bəs qalan 60%? Heç bir mamaça etiraf etməz ki, dölü bir qədər sərt dartdı və ya boyun damarını sıxdı. Heç gərək də deyil.  Bunu nevroloqlar təyin etməlidir. Uşaq nevroloqlarının xəstəxanalarda oturub xəstə gözləməsinin əhəmiyyəti yoxdur. Uşağı 5-6 yaşından sonra nevroloqa göstərmək də gecdir. Nevroloq doğuşda olmalıdır və uşaq doğulandan sonra da hər ay təkrar müayinə etməlidir.
Uşaq ağlayır, əsəbidir, gec danışır, yaddaşı zəifdir, əfəldir, yatmır, başına qan yaxşı işləmir, sümüyü, əzələsi zəifdir, yerimir, ayağı əyridir, beli əyildi – bunlar hamısı 90% hallarda doğuş travmasının "hədiyyəsidir”.
Burda nə ananın, nə də uşağın günahı var. Burda günah tibbdədir.
Kazansayağı doğuş barədə. Kazanda 50 ildir fəaliyyət göstərən məşhur doğum evlərində doğan qadın öz istəyi və ona rahat olan vəziyyətdə doğuşa qəbul edilir. Kazan doğuş metodunun texnikası bir qədər fərqlidir. Artıq  ginekoloji kresloda kürəyi üstə uzanaraq doğuş məcburi deyil və hər qadın uşağın rahat gəlişi və ağrını azaldan pozanı özü seçir və mamaça da buna uyğun taktika götürür. Xüsusən Kazanda vertikal doğuş aktualdır. Bu zaman doğum daha asan, tez, həm qadın, həm körpə üçün travmasız olur.

Aygün Musayeva               medicina.az

Комментариев нет:

Отправить комментарий