"Səfər Mehdiyev guya rüşvətin kökünü kəsmək üçün vəzifəyə gətirildi, əslində o rüşvətin başında dayananlardan idi"
"Son vaxtlar tez-tez gömrük əməkdaşlarının 50-100 manat rüşvətə görə işdən çıxarılması faktlarının ictmialəşməsi əslində vəzifədə qalmaq üçün çabadır"
Bu fikirləri qaynarinfo.az saytına adının çəkilməsini istəməyən millət vəkillərindən biri söyləyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin vəziyyəti elə də ürəkaçan deyil: "Bildiyiniz kimi, Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri məhz gömrük sistemidir. Bu sahədə rüşvətin həddi-hüdudu yoxdur deyənlər heç də yanılmırlar. Məsələ ondadır ki, Səfər Mehdiyev guya rüşvətin kökünü kəsmək üçün vəzifəyə gətirildi. Hər halda belə bir rəy formalaşdırmağa çalışdı müəyyən dairələr. Lakin əslində yeni rəis əvvəlcədən gömrükdə rüşvətin başında dayananlardan idi. Cənab prezidentin gömrükdə rüşvətin kökünü kəsmək məqsədilə etdiyi təyinatın effekt vermədiyi artıq məlumdur. Bizdə olan məlumata görə, hətta xarici dairələrdən ölkə başçısına gömrükdə rüşvətin, haqsızlığın, süründürməçiliyin hələ də tüğyan etməsi ilə bağlı informasiya ötürülüb. Bu səbəbdən də artıq Gömrük Komitəsinin ləğv edilməsi məsələsi gündəmdədir".
Maraqlıdır ki, redaksiyamıza belə bir məlumat daxil olan gün tanınmış ekspertlərdən olan Natiq Cəfərli də oxşar açıqlama ilə çıxış edib. O da bildirib ki, bu ilin sonuna qədər Gömrük Komitəsinin ləğv edilməsi gözlənilir. "İlin sonunadək qərar çıxacaq ki, ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınsın, Vergilər Nazirliyinə verilsin. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə veriləcək. Bizdə güclü, arxalı, klanlara söykənən nazirlik və dövlət qurumlarını həmən ləğv etmirlər, əvvəl səlahiyyətləri "sünnət" edirlər, gücdən salırlar, sonra qərar verirlər. Gömrüklə bağlı eyni prosedur başlayıb” – deyə ekspert qeyd edib.
İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, iqtisadiyyatda vacib vergilərdən olan ƏDV-nin 2019-cu ildə 1804,0 mln manat olması gözlənilir: "2018-ci ilə nisbətən bu vergi üzrə 9 mln manat (0.5%) azalması proqnozlaşdırılıb. 2014-cü ilin dövlət büdcəsində 2139,0 mln manatla müqayisə etdikdə 335 milyon azalır (-18.6%). Demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması azalacaq. Ancaq Gömrük Komitəsi xətti ilə idxaldan alınan ƏDV 2294,0 mln manatdır, 2014-cü ildə 1070,0 mln manat olub. Bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki bu ilin əvvəlindən gömrük statistikasının Vergilər Nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmalı olan həcminə aydınlıq gətirir. Gömrük Komitəsi büdcədən nə qədər "yayındırıb"? Bu, onu sübut edir ki, Gömrük Komitəsinin vəzifəsi olan daxili istehsalı qorumaq funksiyası yerinə yetirilməyib, bu açıq-aşkar gömrük siyasətinin iflasıdır. Bəzi insanlar gömrük proqnozlarının artıqlaması ilə yerinə yetirilməsini nailiyyət hesab edirlər, ancaq onun strukturuna baxdıqda görürsünüz ki, 65-70% idxaldan ƏDV-dir, ona görə dəfələrlə dediyimiz kimi, bir ölkədə vergi toplanması ilə bir neçə qurum məşğul olmamalıdır, bu işlə Vergilər Nazirliyi məşğul olmalıdır. Dünyanın heç bir yerində gömrük ayrıca mərkəzi icra hakimiyyəti kimi fəaliyyət göstərmir, xidmət kimi, prosedurları həyata keçirən bir departament kimi Maliyyə və ya Vergilər nazirliklərinin tərkibində olur. O baxımdan hesab edirəm ki, idarəetmədə regionçuluq, monopoliya kimi mənfi imic yaratmış Gömrük Komitəsi ləğv olunmalı, onun bazasında yaradılacaq xidmətin səlahiyyətləri Vergilər Nazirliyinin bir departamentindən yüksək olmamalıdır. Bu departamentin də vəzifəsi prosedur orqan olaraq sahibkarlığa xidmətlə məhdudlaşdırılmalıdır, bunun üçün lazımi institusional, struktur və kadr islahatları aparılmalıdır".

Комментариев нет:
Отправить комментарий