30.07.2019

Elçin Bayramlı:
-Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib. Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır. Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər- bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. 

Комментариев нет:

Отправить комментарий