14.07.2019

Dmitri Yuryeviç Kolesov Cəbrayıl rayonu ərazisində iki nəfər əsgər yoldaşı ilə səngərdə olarkən qəflətən başına ağır zərbə dəyib və huşunu itirib. Özünə gələndə ermənilərin onu əsir götürdüyünü anlayıb. Erməni hərbçilər D.Kolesovu ağ rəngli “Niva” markalı maşına mindirərək işğal etdikləri Füzuli rayonunda yerləşən ikimərtəbəli binaya aparıb, onu ikinci mərtəbədən atmaqla hədələyiblər. Elə həmin gün gözlərini bağlayıb yenidən maşına mindirib və “Lələtəpə” deyilən yüksəklikdəki mövqelərinə aparıblar. Sorğu-sual edən 35-40 yaşlarında mayor rütbəli zabitin göstərişi ilə ermənilər Kolesovu armatur, rezin dəyənəklərlə döyüb və itləri üstünə buraxıblar. İtlərin dişləyərək ciddi xəsarətlər yetirməsinə baxmayaraq erməni terrorçuları onu yenidən döyüb, yaralı yerlərinə zərbələr endirərək işgəncə veriblər. Sonra ermənilər Dmitrini Cəbrayıl rayonu ərazisində olduğu ehtimal edilən üçmərtəbəli qərargaha aparıb və rezin dəyənəklə yenidən döyüblər. Üç gündən sonra gözlərini bağlayaraq Ermənistan ərazisində yerləşən qauptvaxtaya salıblar. Qriqoryan (sonradan Ermənistan müdafiə nazirinin müavini işləmiş, general Qriqoryan Manvel Sektoroviçi fotoşəkildən tanıyıb) soyadlı zabit, D.Kolesovu sorğu-sual edib və döydürüb. Orada saxlanılan müddətdə erməni terrorçuları iki dəfə hansısa məhlulu iynə ilə Dmitrinin bədəninə yeridiblər. Hər dəfə iynədən sonra qızdırması qalxıb, özünü pis hiss edib və başı fırlanıb. Bundan başqa, erməni silahlıları armatur və rezin dəyənəklərlə vuraraq qəsdən onurğa sütununa ciddi zədələr yetiriblər. Sonra mayor rütbəli bir hərbçi Dmitrinin gözlərini və əllərini bağlayaraq maşına mindirib və Yerevan Hərbi Polisinə aparıb. Hərbi polisdə bir gözü sarıqlı möhkəm bədənli erməni müntəzəm olaraq onu döyüb və öldürəcəyi ilə hədələyib. 3-4 gün beton döşəməsi olan soyuq kamerada saxladıqdan sonra maşına mindirərək Yerevan Təhlükəsizlik Komitəsinə aparıblar. Ağır işgəncələrdən sonra Dmitri Kolesov 2000-ci ilin iyulun 18-də azad olunub.

Комментариев нет:

Отправить комментарий