“Azərbaycanda iki ən iri müflis bankın (Bank Standard və Texnikabank) və işğal olmuş əraizilərimizdə fəaliyyət göstərən erməni bankının auditoru olmuş və nizamnamə kapitalı cəmi 10000 manat olan “KPMG Audit Azərbaycan” MMC tenderi udaraq növbəti 3 il ərzində bizim Mərkəzi Bankın auditoru olacaq. Hurriyyet.org xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib.
“Təəccüblüdür, elə deyilmi? Yalnız ona görə yox ki son 2 ildə “KPMG” bir sıra ölkədə (ABŞ, İngiltərə, Danimarka, Cənubi Afrika, Meksika, Latviya və s.) ifşa olunub! Korrupsiya, çirkli pulların yuyulması, qeyri-peşəakrlıq və s. ittihamların sayı artmaqda davam edir. Bəs onda görəsən bizim Mərkəzi Bank niyə özünü yoxlamağı məhz “KPMG”-yə həvalə edib? Dəyərləri eynidir, ona görə?! Yalnlz ona görə yox ki, KPMG işğal olunmuş əraizilərimizdə fəaliyyət göstərən erməni bankının auditoru olub. Mərkəzi banklar qlobal maliyyə sisteminin tərkib hissəsidir və onlardan vətənpərvərlik gözləmək əbəsdir. O da ola Elman Rüstəmovun (deyilənə görə, heç ailəsi də ölkəmizdə yaşamır) rəhbər olduğu bir Mərkəzi Bank! Vətənpərvər olsaydı, ölkənin maliyyə sistemini bu günə qoymazdı! Yalnız ona görə yox ki, Azərbaycanda iki ən iri müflis bankın (Bank Standard və Texnikabank) da auditoru “KPMG” idi. Yoxlayanda deyirdi ki, həmin bankların vəziyyəti qənaətbəxşdir, amma həmin banklar qısa müddətdə müflis oldular, özü də dünya tarixində görünməmiş miqyasda və tərzdə. Bu məsələdə Mərkəzi Bankla “KPMG” hətta həmrəydir (əlbirdir!). Axı Mərkəzi Bank da uzun illər boyu həmin bankları yoxlayıb və fəaliyyətlərini qənaətbəxş hesab edib. Belə olduğu halda Mərkəzi Bank “KPMG”-ni deyil, kimi seçməli idi ki?”-deyə hüquqşünas qeyd edib.
Həsənovun sözlərinə görə, təəccüb doğuran odur ki, “KPMG” Auditorlar Palatasının əli ilə ötən il Mərkəzi Bankı dolayısı ilə həmin bankların müflis olmasında ittiham etmişdi: “Demişdi ki, 3 dəfə Mərkəzi Banka məktub yazdıq ki, “Bank Standard”ın rəhbərliyi bizi auditi bitirməyə imkan vermir, amma Mərkəzi Bank heç bir tədbir görmədi. Halbuki həmin bank qanunvericiliyi pozaraq fəaliyyətinin son 3 ilini audit yoxlamasından keçmirdi. Bəs görəsən onda niyə Mərkəzi Bank məhz “KPMG”-ni seçdi? Niyə onu bağışladı? Bəlkə əlbir olduğu hallar o qədərdir ki, “yox” deyə bilmədi? Və ya ona elə təklif gəldi ki, imtina edə bilmədi? Axı tam nüfuzdan düşmüş “KPMG” üçün Mərkəzi Bankın auditoru olmaq yaranmış vəziyyətdə çox vacibdir. Bununla sanki özəl banklara və digər şirkətlərə deyir ki, görürsüz, etdiyim qələtlərə baxmayaraq ölkənin Mərkəzi Bankı mənə etibar edir, siz də edin! Buna görə də heç şübhəm yoxdur ki, “KPMG” tenderdə ən aşağı qiyməti təklif edib. Hətta bu işi havayı da edər, təki olan-qalan müştəriləri də dağılışmasın”.
Ə. Həsənov nəzərə çatdırıb ki, Mərkəzi Bank haqqında qüvvədə olan Qanunun əsas müəllifi odur: “Orada işləyəndə 2003-2004-cü illərdə yazmışdım. Müzakirələr zamanı qaldırdığım əsas məsələlərdən biri o idi ki, axı niyə Mərkəzi Bankı Hesablama Palatası deyil, özəl auditor yoxlamalıdır? Mərkəzi Bankın rəhbərliyi mənə deyirdi ki, bütün dünyada belədir. Əslində hər yerdə belə deyil. Belə olduğu halda əksər ölkələrdə dövlət də Mərkəzi Bankı yoxlayır. Bizdə isə 27 il ərzində Mərkəzi Bankda bir dəfə də olsun dövlət yoxlaması olmayıb. Mərkəzi Bankı onun özünün seçdiyi özəl auditor yoxlayır. Belə yoxlamanın obyektivliyinə və dövlət maraqlarına cavab verdiyinə necə inanmaq olar? Özü də nəzərə alsaq ki, elə həmin “KPMG”-nin yoxladığı iki ən iri bank sonradan müflis olub”.
Həsənov sual edir ki, Mərkəzi Bankı niyə özəl auditor yoxlamalıdır? “Axı o heç kommersiya təşkilatı deyil və məsələn, SOCAR kimi xaricdən investisiya və ya kredit cəlb etmir. Bu audit yoxlamasının nəticəsi kimə lazımdır? Yalnız dövlətə? Bunun üçün Hesablama Palatası var və yoxlamanı da o həyata keçirməlidir. Özəl auditora isə hər il yüz minlərlə dollar məbləğində vəsait ödəməyə, yəni israf etməyə lüzum yoxdur”. /hurriyyet.org/

Комментариев нет:
Отправить комментарий