“Bizimkilər türkiyəli oğlanlara baxıb qadın gözəllik salonlarında işləməyə başladılar”
Biz qadın gözəllik salonlarında qadın ustaları görməyi adət etmişik. Lakin son illər Bakıda fəaliyyət göstərən qadın gözəllik salonlarında oğlan ustaları da görməyə başlamışıq.
Bu gün elə gözəllik studiyaları var ki, orada yalnız oğlanlar işləyir və qadınların saç kəsimi, “ukladka”sı, makiyajı bu oğlanların əlindən gəlib keçir. Oğlanların qadın gözəllik salonlarında işləməyə maraq göstərməsi bizə təəccüblü gəlsə də, onların xidmətindən yararlanan qadınların sayı günü-gündən artmaqdadır.
Bu oğlanlar qadın gözəlliyini cilalayan bütün prosesləri həyata keçirə bilirlər. Bu azmış kimi, bu gün bəzi yeniyetmə və gənc oğlanların özlərinin qız kimi bəzənməsinin, makiyaj etməsinin də şahidi oluruq. Hətta bəzi məktəbli oğlanların özlərini makiyaj etdikləri vəziyyətdə videorolikləri də sosial şəbəkələrdə yer almaqdadır. Təəssüflər olsun ki, makiyajlı oğlanlar bu hərəkətlərin başqa həmcinsləri tərəfindən də təkrarlanmasına çalışırlar. Bunu o şəkildə təbliğ edirlər ki, bəzən başqalarını da öz torlarına salmağa nail olurlar. Oğlanların qadın gözəllik salonlarında işləməyə maraq göstərməsinin arxasında nələrin durduğu aydındır. Biz görmüşük ki, oğlanlar kişi salonlarında işləyər və onlar kişilərin saçlarını qırxar, formaya salar.
Ekspertlər bildirirlər ki, gözəllik salonlarında işləyən oğlan uşaqlarının böyük əksəriyyəti özünü stilist kimi qələmə verir. Əslində isə onlar manikür, pedikür, makiyaj, saç düzümü ilə məşğul olurlar. Oğlanların qadın gözllik studiyalarında işləmələri sosial sifariş deyil, bu tamamilə psixoloji məsələdir.
Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, belə oğlanların çoxu yeniyetməlik çağlarında psixikası zədələnənlərdir. Onun sözlərinə görə, onların bu cür məşğuliyyətə meyl etməsinin kökündə əsasən analarının onları uşaqlıqdan gözəllik salonlarına aparması, daha çox qadınlarla ünsiyyətdə olmasına şərait yaratması səbəbi dayanır. Bu oğlanların çoxunda kişi deyil, qadın xarakterlərinin üstün olduğunu bildirən ekspert hesab edir ki, onlar uşaqlıqdan bu sahəyə yönləndiriliblər: “Elə sahələr var ki, orada ancaq qadının iştirakı vacibdir. Ancaq bəzən görürsən ki, qadına aid işləri oğlanlar görür. Əvvəllər gözəllik salonlarında oğlan uşaqları, ümumiyyətlə, görünməzdi, lakin indi təəssüf ki, oğlanlar da salonlarda işləyirlər. Bu da onunla bağlıdır ki, analar oğlan uşağını yanlarına salıb gözəllik salonlarına aparırlar. Oğlan futbol oynamalı halda, gedib saatlarla gözəllik salonunda oturur. Bu kimi məqamlar onun psixikasına təsir göstərir. Bu gün stilist adı ilə fəaliyyət göstərən saysız oğlan var ki, onlar qadın bəzəməklə məşğuldur. Onu da deyim ki, ən yaxşı ustalar da elə kişilərdir. Siz o kişilərə baxsanız, ünsiyyətdə olsanız, qarşınızdakının kişi olmadığını hiss edərsiniz. Çoxunun davranışları qadın davranışıdır”.
K.Vaqifqızı qeyd etdi ki, Azərbaycanda oğlan uşaqlarının gözəllik salonlarında işləməsinə şəraiti həm də türkiyəli ustaların Azərbaycanda açdığı gözəllik salonları yaradıb: “Bakıda kifayət qədər salon vardı ki, orada türkiyəli oğlanlar qadınlara bu şəkildə xidmət göstərirdilər. Bizim bəzi oğlanlar da onlara baxıb qadın gözəllik salonlarında işləməyə başladılar. Hansından soruşursan ki, saç kəsməyi, makiyaj etməyi kimdən öyrənmisən? Deyir ki, filan türkiyəli ustadan. Bu gün bəzi oğlanlar özləri də həmin gözəllik salonlarında bəzənməyə gedirlər. Bu sırf psixoloji məsələdir. Oğlanların makiyaj etməsi, eyni zamanda da qadın gözəllik salonlarında işləməsi onların psixikasında baş verən dəyişikliklərlə bağlıdır”.
Leyla Qaraxanlı reportyor.info

Комментариев нет:
Отправить комментарий