Akademik, tarix elmləri doktoru Andrey Qonçarov ilə müsahibə
-Necə hesab edirsiz, SSRİ rəhbərliyini 1944-cü ildə bu addımı atmağa nə vadar etdi?
-Mən artıq sübut etməkdən yorulmuşam ki, bu Vətən xainlərinə və faşist əlaltılarına qarşı tamamilə əsaslı və ədalətli hərəkət idi. Eyni zamanda Sovet hökumətinin fürerə sədaqətlə xidmət edən banditlərə qarşı humanizmini qeyd etmək lazımdır. Müharibə dövrünün qanunlarına görə, o zamankı RSFSR Cinayət məcələəsinin 193-22-ci maddəsinə əsasən bizim komandanlığın Krım tatarları adlandırılan kişi əhalisini dezertirliyə və satqınlığa görə güllələməyə tam haqqı vardı.
-Bu lap ağ oldu!
-Faktlar göstərir ki, praktiki olaraq əsgərlik yaşına çatmış bütün Krım tatarları faşist Almaniyasının tərəfində idi. Front Krıma yaxınlaşan kimi əhalinin böyük əksəriyyəti düşmənin tərəfinə keçməyə başladı. Bu barədə maraqlı, həmin hadisələri şərh edən məlumatlar var. Belə ki, təmiz krım-tatar kəndi olan Kouşda Qızıl Orduya 130 insan çağırılmışdı, onlardan 122-si almanların gəlişindən sonra evlərinə qayıtmışdılar. Beşuy kəndində 98 hərbi xidmətə çağırılandan 92-si evinə dönmüşdü. Gözəl “patriotizm” nümunələridir, deyilmi? Bəs onlarla necə davranmağı istərdiz?
-Bəs Krımın tatar əhalisinin hansı məqsədləri vardı? Onlar durduqları yerdə Vətən xaini olmazdılar, özü də ölkə üçün o cür qorxulu zamanda.
-Bu barədə həmin illərin bir sənədində aydın göstərilir. 1943-cü ilin mayında köhnə Krım tatarları millətçilərindən olan Amet Ozenbaşlı Hitlerin adına Almaniya ilə Krım tatarları arasında əməkdaşlıq proqramını əks etdirən memorandum tərtib edir. Memorandumda öz əksini aşağıdakılar tapır: 1.Krımda Almaniyanın protektoratlığı altında tatar dövlətinin yaradılması; 2.“Şum” batalyonları və digər polis dəstələri əsasında milli tatar ordusunun yaradılması; 3.Bütün tatarların Türkiyədən, Bolqariyadan və digər dövlətlərdən Krıma qaytarılması, Krımın digər millətlərdən “təmizlənməsi”; 4.Bütün tatar əhalisinin, ən qoca insanlar belə daxil olmaqla, bolşeviklər üzərində tam qələbəyə qədər silahlandırılması. 5.“Ayağa qalxana qədər” Almaniyanın tatar dövləti üzərində qəyyumluğu. Ümid edirəm hər şey aydındır. Tam təsvir almaq üçün başqa bir sənəddən daha bir hissə - Simferopol Müsəlman Komitəsi üzvlərinin Hitlerin doğum günü münasibərilə 20 aprel 1942-ci il tarixli təbriki: “Məzlum xalqların xilaskarı, alman xalqının sadiq oğlu Adolf Hitlerə. Biz müsəlmanlar Böyük Almaniyanın şanlı oğullarının ilk gəldiyi gündən, Sizin icazənizlə və çoxillik dostluğumuzun xatirinə, alman xalqı ilə çiyin-çiyinə dayandıq. Əlimizə silah aldıq və Sizin irəli sürdüyünüz bəşəri ideyalar- qırmızı yəhudi-bolşevik taununun tamamilə və sona kimi məhv edilməsi uğrunda son qanımıza qədər döyüşəcəyimizə and içdik... Sizin şanlı yubileyiniz günündə Sizə ürək dolusu salamlarımızı və arzularımızı göndəririk, Sizin xalqınızın, bizlərin, Krım müsəlmanlarının və Şərq müsəlmanlarının sevincinə görə Sizə uzun xeyirli həyat arzulayırıq”. Bu kimi təriflər həmin dövr milli KİV-də dəfələrlə təkrarlanır. Misal üçün, 11 yanvar 1942-ci ildən nəşr olunmağa başlayan “Azat Krım” işğalın sonuna kimi bu kimi mədhiyyələr dərc edirdi: “Bütün xalqların və dinlərin xilaskarı Böyük Hitlerə- biz tatarlar yəhudi və bolşevik sürüsünə qarşı alman döyüşçüləri ilə bir sırada mübarizə aparmağa söz veririk! Allah Sizdən razı olsun, bizim böyük ağamız Hitler!”.
-Andrey Pavloviç, bu ki Vətənə xainlikdir!
-Əlbəttə. Krımın almanlar tərəfindən işğalından sonra başlayan olaylar ümumiyyətlə sağlam düşüncəyə sığmır! Faşistlər tərəfindən çoxsaylı dəstələr şəklində təşkilatlanan Krım-tatar satqınları əsl partizan ovu aparırdılar. Onların bazalarını məhv edirdilər, gizlənənləri izləyirdilər və öldürürdülər, yəhudiləri təqib edirdilər və SS orqanlarına təhvil verirdilər. Feldmarşal Erix fon Manşteyn görün nə yazır: “Krımın tatar əhalisinin böyük əksəriyyəti bizə qarşı olduqca dost münasibət bəsləyirdi. Biz hətta tatarlardan öz kəndlərini Yayla dağlarında gizlənən partizanlardan müdafiə edəcək silahlı müdafiə rotalar yarada bildik. Krımda lap əvvəldən bizə çox başağrısı verən güclü partizan hərəkatının olmasının səbəbi Krım əhalisi içərisində tatar və digər kiçik milli qruplardan başqa xeyli rusların olması idi”. Krım tatarlarının vəhşiliklərinə dair minlərlə nümunə saymaq olar. Krımlılar sovet paraşütistlərini tutub diri-diri yandırırdılar. Bu faktları təsdiqləyən sənədlər var. Belə ki, 1942-ci ildə Sudak rayonunda tatar özünümüdafiə qrupu tərəfindən Qızıl Ordunun kəşfiyyatçı desantı öldürülmüşdü, eyni zamanda özünümüdafiəçilər tərəfindən 12 sovet paraşütisti tutulub diri-diri yandırılmışdı...
-Bəs krım tatarlarının özləri partizan müharibəsində iştirak edirdilər?
- Bircə gülməyin: 1943-cü ilin iyununa Krımda tərkibi 262 nəfərdən, eyni sayda 6 krım tatarından ibarət gizli partizan dəstəsi fəaliyyət göstərirdi. Burda əlavə ediləsi bir şey yoxdur. Daha bir heyrətləndirici fakt. Paulyusun 6-cı alman ordusunun Stalinqrad yaxınlığına darmadağın edilməsindən sonra Feodosiy Müsəlman Komiteti alman ordusuna kömək məqsədilə tatarlardan bir milyon rubl toplamışdı. Necə ki, sadə sovet insanları son qəpiklərini tank və təyyarələrin hazırlanması üçün verirdilər. Doğrudur, qeyd etmək lazımdır ki, Sovet Ordusunun gəlişi ilə krım tatarları başa düşdülər ki qaçılmaz cəzadan qurtara bilməyəcəklər və 1944-cü ilin fevral-mart aylarında partizan dəstələrinə qoşulmağa başladılar. Özü də bizim qəhrəmanlara cəzaverənlərdən və konslager keşikçilərindən ibarət dəstələr qoşulmağa başlamışdılar. Krım tatarlarının digər hissəsi almanlarla qaçdılar və hələ bir müddət Belçikada və Fransada yaşadılar.
-Amma yenə də bütöv bir xalqı deportasiya etmək qəddarlıqdır. Axı orada xeyli sayda günahsız insanlar vardı.
-Mən stalinizm tərəfdarı deyiləm. Mənim də ailəmdə, bir çox Rusiya ailələrində olduğu kimi repressiyadan əziyyət çəkənlər olmuşdu. Amma o zaman müharibə gedirdi. Kürəyin arxasında istənilən anda səni sata biləcək 200 min insan saxlamaq cinayətdir! Özü də milli əlamətlərə görə xalqların deportasiyası heç də yenidənqurma “demokratlarının” bizə təlqin etdikləri kimi Stalin rejiminin nou-xausu deyildi. Elə həmin İkinci Dünya Müharibəsində, bundan bir az əvvəl- 1941-ci ildə, Perl-Xarbordan bir neçə ay sonra amerikalılar tamamilə sakit şəkildə təxminən 200 minə yaxın yapon, alman və italyan əsilli vətəndaşlarını ölkənin daxili rayonlarında deportasiya etmişdi və konslaqerlərə yerləşdirmişdi. Bilirsiz yaponların boynuna nə qoyurdular? Boynuna qoyurdular ki, onlar Kaliforniyada gül klumbalarını qəsdən hərbi obyektlərin yanında salırlar ki, onların yerini bəyan etsinlər, Havay adalarında isə yapon təyyarəçilərinə siqnal vermək üçün şəkər qamışlarını xüsusi şəkildə, ABŞ aviabazalarına istiqamətlənmiş nəhəng oxlar formasında qırırlar. Bir neçə ay əvvəl ABŞ konqresində repressiya olunmuş alman və italyan əsilli amerika vətəndaşlarının övladlarının dinlənilməsi baş tutmuşdu. Orada bir qadın danışdırdı ki, onun atası uzun illər “Hitlerin dövründə Almaniyada yaxşı yolar salınmışdı” söylədiyinə görə həbsdə saxlanılmışdı. Yeri gəlmişkən, elə həmin illərdə yaponların amerikalılar tərəfindən tutulması praktikası da geniş yayılmışdı. Bütün Latın Amerikası üzrə kütləvi şəkildə, ailəliklə. Onları konslagerlərə salırdılar və gələcəkdə amerikan hərbi əsirləri ilə dəyişmək üçün həbsə atırdılar. Belə bir olay baş vermişdi. 1941-ci ildə Yaponların Aleut adalarına hücumu gözlənilərkən amerikalılar eskimosları etibarsız saymışdılar və dərhal hamını- 400-dən artıq insanı, heç bir günahı olmayan aborigenləri Kanzas səhrasına aparmışdılar. Özü də aqressorların ayağının ABŞ torpağına ümumiyyətlə dəymədiyi halda! Bəs bizim variantda necə olsun? Krım tatarları açıq şəkildə düşmənin tərəfini tutan zaman onlarla necə davranılmalı idi? Qızıl Ordunun deportasiya zamanı hədsiz qəddarlıq etməsi haqda dəfələrlə təkrarlanan yalanlarla gəldikdə isə sənədlərə baxın. Bu olduqca sadədir, bütün arxivlər açıqdır. Sadəcə təsəvvür edin: müharibə gedir, ölkənin yarısı düşmən tərəfindən tutulub, ərzaq çatışmır. Bununla belə, hər deportasiya olunan şəxsə gündəlik isti yemək, 500 qr çörək, ət, balıq, yağ düşürdü. Stalinin əmri ilə Krım tatarları özləri ilə hər böyük adama görə 500 kq mülk apara bilərdilər. Yerdə qalan mülkiyyətə görə arayış verilirdi ki, bu arayışla Özbəkistana və Qazaxstana gəldikləri yerdə onlara həmin dəyərdə mülkiyyət verilirdi. Bundan başqa, hər ailəyə məskunlaşmağa görə 7 illik faizsiz kredit verilirdi.
-Sözlərinizdən belə çıxır ki, Stalin Krım tatarları üçün xilaskar olub.
-Onlar Stalinə dua etməlidirlər. Stalin onları ədalətli xalq qəzəbindən, dağıntılardan xilas edib. Siz sadəcə təsəvvür edin: alman işğalı zamanı tatar polis hissələri Almaniyaya qaçırmaq üçün Krımın 50 min rus əhalisini toplamışdı. Üstəgəl onların öz qonşularına qarşı törətdikləri qeyri-insani pisliklər. 1945-ci ildə Berlindən qayıdan Krımlı cəbhəçilər -tatarların tikə-tikə etdikləri, qul kimi satdıqları sovet vətəndaşlarının ata, qardaş və oğulları- onların başına nə oyun açardılar?! Krım tatarlarından heç nə qalmazdı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Krım tatarları “tatar” adını anlaşılmazlıq üzündən daşıyırlar. Əslində etnik planda tarixi tatarlarla və ya tatar-monqollarla onların heç bir ortaq şeyləri yoxdur.
-Andrey Pavloviç, bu il daha bir tarix də var. 1949-cu ilin martyında Stalin yüz minlərlə pribaltikalını da Sibirə deportasiya etmişdi.
-Burda yüz min nə gəzir? Siz sadəcə indiyə kimi NATO propaqandası dinləmisiz. 60 il əvvəl Estoniyadan 20 173 nəfər, Litvadan 31 917 nəfər, Latviyadan 42 149 nəfər deportasiya edilmişdi. NKVD-KQB-nin bu arxivləri çoxdan hamının ixtiyarına verilib. Bununla belə 1959-cu ildə Xruşovun dövründə Krım tatarlarından fərqli olaraq bütün pribaltlara evlərinə qayıtmağa icazə verildi. İndi isə bu insanların kim və niyə deportasiya olunduqlarını aydınlaşdıraq. Meşə qardaşları adlandırılanları və onların ailə üzvlərini deportasiya etmişdilər. Onları isə faşistlərlə əməkdaşlıq etdiklərinə görə sürgün etməmişdilər, bunu onlara bağışlamışdılar, alman ordularının darmadağın edilməsindən sonra Pribaltikada ərazisində bandalar formalaşdırdıqlarına görə sürgün etmişdilər. Həmin “meşə qardaşları” 1945-1949-cu illər arasında Litvada 25 108, Latviyada 4 780, Estoniyada 891 nəfər adam qətlə yetirmişdilər.
-Mən oxumuşdum ki, müharibə illərində Pribaltikada Almaniyada olduğu kimi demək olar ki bütün yəhudilər məhv edilmişdi.
-Özü də SS-in əli ilə yox, yerli polisin əli ilə. İşğal olunmuş şərq ərazilərinin işi üzrə Reyxin nazirliyinin məlumatlarına görə ümumilikdə 120 min yəhudi.
-Onlar niyə almanlar qarşısında bu qədər xidmət göstəriridilər?
-Ümid edirdilər ki, Hitler onlara öz dövlətlərini yaratmağa icazə verəcək. Əksər qudurğan millətçilər hələ də inanırlar ki, 1944-cü ildə “sovet işğalı” olmasaydı elə belə də olacaqdı. Amma Almaniyanın Pribaltika üçün tamamilə fəqli planı vardı. Bu barədə bir çox sənədlər İqor Pıxalovun yeni işıq üzü görmüş “Stalin nəyə görə xalqları sürgün edirdi?” kitabında dərc olunub. Belə ki, Berlində Pribaltika ölkələrində almanlaşdırma məsələləri üzrə yığıncaqda qərara alınmışdı: “Əhalinin böyül əksəriyyəti almanlaşma üçün yaramır. Əhalinin irsi mənada lazımsız hissəsi Qərbi Sibirə sürgün olunmalıdır”. Estoniyada əhalinin 50%-ni, Litva və Latviyada isə hər biri üzrə 30%-ni saxlamaq güman edilirdi. Əvəzində Pribaltikada Vermaxt veteranları yerləşdirilməli idi. Yavaş-yavaş bu siyasət artıq həyata keçirilməyə başlamışdı. 1943-cü il noyabrın 1-nə Pribaltikada artıq 35 min alman müstəmləkəçisi yaşayırdı. Əvəzində isə Sibir üçün nəzərdə tutulmuş 300 min pribaltikalı, əsasən 17 yaşından 40 yaşına kimi qadınlar alman əmək konslaqerlərinə göndərilmişdi.
-Belə çıxır ki, Pribaltika respublikaları da Krım tatarlarının ardınca Stalinə minnətdar olmalıdırlar. Onlar Hitlerə qalsaydılar indiyə kimi Sibir mədənlərində xutorlar tikirdilər.
-Elədir. Ümid edirəm ki, həqiqət nə vaxtsa Pribaltikaya da çatacaq. Və o zaman insanlar Tallinin mərkəzi ilə addımlayan, “qanlı cinayətkar” olan Stalinin xeyirxahlığından sağ saxladığı Estoniya SS-nın veteranlarını pomidor atəşinə tutacaqlar.
Tərcümə G.Muradova eco-socialistsofazerbaijan.blogspot.com
Комментариев нет:
Отправить комментарий