Bir zamanlar mətbuatın və sosial şəbəkələrin gündəmindən düşməyən yüksək rütbəli sabiq məmurların övladlarından indi səs-səda yoxdur.
Sabiq məmur övladları arasında ən qalmaqalı mövzularla gündəmə gələnlərin sırasında ilk yeri sabiq Nəqliyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tuturdu desək, yəqin ki, səhv etmərik.
Anar Məmmədovun adı ölkə gündəminə hələ orta məktəbin son siniflərində oxuduğu 1990-cı illərin sonlarında çıxmağa başlayıb. O zamanlar Dövlət Dəmir Yolları İdarəsinin rəisi olan Ziya Məmmədovun xidməti avtomobilinin "aeroport yolu"nda qəzaya düşdüyü və həmin qəzada cangüdəninin öldüyü xəbəri yayıldı. İddia olunurdu ki, avtomobilin sükanı arxasında sürücülük hüququ olmayan orta məktəb şagirdi Anar Məmmədov olub və qəzaya səbəb də yüksək sürət olub.
Bundan sonra isə Anar Məmmədovun adı mətbuatın gündəmindən heç vaxt düşməyib. Onun adı gah hansısa əcnəbi müğənniyə baxışladığı bahalı hədiyyələrlə, gah da hansısa sahədə yaratdığı monopoliyada hallandı. Anar Məmmədovun adının hallandığı ən yaddaqalan hadisə isə heç şübhəsiz ki, "ayı əti" qalmaqalı oldu. 2010-cu ildə mətbuatda belə bir xəbər yayıldı ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov dostları - Dövlət Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərov və "Azəryolservis” MMC-nin sədri, deputat Cavid Qurbanovun oğlu Şəmşir Qurbanovla birgə Qəbələ rayonundak restoranların birində 1 milyon manat ödəyərək ayını kəsdirib və ətindən kabab hazırladıblar.
Bunlardan başqa Anar Məmmədovun adı mətbuatda hər zaman böyük şirkətlər və holdinqlərin sahibi kimi çəkilirdi. Bu şirkətlərin arasında "Garant Holdinq”, Zqan Holdinq", "Qarant Sığorta", Azərbaycandakı "Quba Rixos", Gürcüstandakı "Rixos Borjomi" otelləri, "Transgate” MMC, tikilməkdə olan "Trump Tower", "Delfin" MMC, Azərbaycan Qolf Federasiyasının və digərləri. Həmçinin Türkiyədə və dünyanın bir çox ölkəsində şirkətlət, daşınmaz əmlaklar.
Bütün bunlardan əlavə Anar Məmmədovun adı bir-sıra silahlı insidentlərdə də hallanıb. Xatırlayırsınızsa, 2013-cü ildə Türkiyənin aparıcı qəzetlərindən olan "Hürriyət"də Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasında baş verən silahlı insident haqqında məlumat yayıldı. İddia olunurdu ki, hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşlı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşlı Kubilay Göl arasında yaşanıb. Mübahisə nəticəsində Kubilay Göl İsmayıl Gənci silahla yaralayıb. "Hürriyət" qəzetinin yazdığına görə, Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib. Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib.
Qeyd etdiyimiz və edə bilmədiyimiz onlarla qalmaqallı hadisələrlə uzun illər ölkə gündəmini məşğul edən sabiq nazir oğlunun "macəraları" atasının vəzifədən uzaqlaşdırılması ilə birgə tarixə çevrildi.
Ata Məmmədov 13 fevral 2017-ci ildə tutduğu postdan kənarlaşdırıldıqdan sonra oğul Məmmədov da gündəmdə düşdü. Hazırda Anar Məmmədovun Azərbaycanda olmadığı bildirilir. Səslənən iddialara görə, Anar Məmmədov bir-neçə il əvvəl, hələ atası nazir olan zaman 25 milyon mnat qarşılığında Böyük Britaniya vətəndaşlığı alıb və hazırda bu London şəhərində yaşayır.
Sabiq nazir oğlunun hazırda Azərbaycanla hansı əlaqələrinin qaldığ barədə fərqli iddialar səslənir. Yuxarıda adlarını qeyd etdiyimiz və etmədiyimiz onlarla şirkətin "əl dəyişdirdiyi" barədə məlumatlar yayılır. Amma iddialara görə vaxtə ilə Anar Məmmədova ya da ona yaxın şəxslərə məxsus bəzi şirkətlər hələ də fəaliyyətini davam etdirir.
Vaxtı ilə Anar Məmmədovun media sahəsindəki işlərinə nəzarət edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi və eyni zamanda da xalası oğlu olduğu deyilən Elnur Abdullayev Türkiyədə "Haber Global" adlı televiziya kanalı açıb. Anar Məmmədovun qohumu və ən yaxın kadrlarından olan Elnur Abdullayev hazırda onunla hansı əlaqələrinin olduğu barədə məlumt yoxdur.
Hazırda Londonda yaşadığı deyilən daha bir yüksək ranqlı məmurun - Dövlət Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərov da yaxın dostu Anar Məmmədov kimi zaman-zaman ölkə mətbuatının gündəmini zəbt etməyi bacaranlardandır.
Elnar Əsgərovun adını ölkə ictimaiyyəti ilk dəfə Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan "The Yorkshir Post" və "The Daily Mail"in səhifələrində yer alan yazılardan öyrəndi. İddia olunurdu ki, Elnar Əsgərov Londonda təhsil alarkən Britaniya vətəndaşı olan 34 yaşlı Ceromi Dreniyə pul verərək özünün əvəzinə imtahana göndərib. Yazılanlara görə Elnur Əsgərov hər imtahan üçün ona 2 min funt-sterlinq ödəyib. Daha bir məlumat isə Elnar Əsgərovun Londonda mübahisə etdiyi Britaniya vətəndaşını bıçaqla yaralaması ilə bağlı olub. Sabiq idarə rəisinin övladının Azərbaycandakı macəraları digər məmur övladlarından ciddi fərqlənməyib. Qeyd etdiyimiz kimi Elnar Əsgərov həm də məşhur "ayı əti" əməliyyatının əsas iştirakçılarından biri olub.
Dostu Anar Məmmədovdan fəqrli olaraq Elnar Əsgərovun xalası oğlu Rahib Hüseynov dələduzluğa görə həbs olunub. O məhkəmədə verdiyi ifadədə mənimsənən milyon manatlıq vəsaitlərə görə Elnar Əsgərovu günahkar hesab edib. Elnar Əsgərovun özü isə məhkəmədə şahid qismində ifadə verib.
Dövlət Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərovu 2015-ci ildə vəzifədən uzaqlaşdırıldıqdan sonra Elnar Əsgərovun da macəraları sona çatıb. Elnar Əsgərovun hazırda Londonda yaşadığı və yalnız hansısa vacib işlər üçün ara-sıra Bakıya gəldiyi bildirilir.
Azərbaycan cəmiyyətinin heç vaxt unutmayacağı sabiq məmur övladları arasında heç şübhəsiz ki, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun özünəməxsus yeri var. 2013-cü ildə nazir oğlu Vüqar Ələkbərovun idarə etdiyi "Hummer" markalı avtomobili ilə ona məxsus olan İsmayıllı rayonudakı "Çıraq" otelinin qarşısında taksi sürücüsünün avtomobilini vurub. Daha sonra nazir oğlu və eyni zamanda da İcra başçısının qardaşı oğlu olan Vüqar Ələkbərov rayon əhalisini hədəf alan ağır söyüşlər səsləndirib. Bundan sonra baş verənlər isə nəinki Vüqar Ələkbərovun həyatında, eləcə də Azərbaycanın yaxın tarixində baş verən ən qalmaqallı hadisələrdən bir kimi qalacaq.
Narazılıq növbəti günlərdə icra başçısının istefası tələbi ilə etiraz aksiyalarına çevrilib.
Rəsmi məlumatda isə, hadisələrin otelin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə xuliqanlıq etməsi səbəbilə törədildiyini bildirilsə də, fevralın 14-də Prezident İlham Əliyev Nizami Ələkbərovu vəzifəsindən azad edib.
Həmin hadisələrdən sonra vəzifədən uzaqlaşdırılan Füzuli Ələkbərovun oğlunun hazırda Azərbaycanda olduğu və vaxtilə atasının rəhbərlik etdiyi "İmprotex" şirkətinə indi onun nəzarət etdiyi bildirilir. /azerbaycanrealligi.com/

Комментариев нет:
Отправить комментарий