Türkiyədə 15 iyul çevriliş cəhdinin arxasında ABŞ dayanmışdı. Bunu rusiyalı ideoloq və filosof, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin “Çarqrad”a müsahibəsində deyib.
“Qiyam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putindən üzr istəməsinə təşkil edilən qisas idi. Su-24 insidenti iki ölkənin münasibətlərini məhv etmək üçün təşkil edilən provokasiya idi. Hər şey Ərdoğana aydın olanda o, geosiyasi problemlərə münasibətini dəyişdi. Qiyam Ankaranın Avrasiya geosiyasətinə tərəf dönüşündə son damla idi”, – o bildirib.
Filosof Türkiyədə çevrilişin baş tutmamasının 3 faktorla əlaqədar olduğunu deyib: “Əvvəla buna səbəb Rusiyanın ağıllı davranışı oldu. Moskva bu situasiyadan öz düşmənini zəiflətmək üçün yararlanmadı. İkincisi, Ərdoğanı kamalistlər dəstəklədi. Türkiyə Prezidenti ilə aralarında dərin düşmənçiliyə rəğmən, onlar dövlətin maraqlarını hər şeydən üstün tutdular. Üçüncüsü isə Ərdoğan və Türkiyə hökuməti daxilən rəngli inqilaba hazır idilər. Bu, onlar üçün sürpriz olmadı”. /axar.az/

Комментариев нет:
Отправить комментарий