Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının onun müdafiəsinə qalxmasından və Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin deputatı sərt tənqid etməsindən sonra gərginlik daha da artıb.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə “Yeni Müsavat”a kifayət qədər sərt danışıb:
“Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir”.
Комментариев нет:
Отправить комментарий