08.08.2019

Neftdən və qazdan Azərbaycan 144 milyard dollara yaxın gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib. Bu gün avqustun 8-də Fondun yaydığı açıqlamada belə bildirilir.
Gəlirin 5.16 milyard dolları bu il əldə olunub.
Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub.
Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.
Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146.069 milyard dollar gəlir əldə edib.
Bu il iyunun 30-na olan məlumata görə, Fondun aktivləri 42.464 milyard ABŞ dollarına bərabərdir.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий