SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib.
R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Lakin ötən ildən başlayaraq o təmsilçiləri vasitəsilə maliyyə sektorunda iştirakını artırmaqdadır.
2012-ci ilin iyulundan sonra yaradılan şirkətlərdə R.Abdullayevin benefisiar (gəlirdən son xeyirgötürənlərdən biri) olduğunu şirkətlərdəki əsas fiqurlar və təkrarlanan qeydiyyat ünvanları ilə müəyyən etmək olar. Bu şirkətlərin əksəriyətinin internet səhifəsi olmadığından fəaliyyətləri barədə ictimaiyyətə açıq məlumat yoxdur.
Şirkətlərin bir çoxunun idarəetməsi SOCAR prezidentinin qayınatası olduğu bildirilən Adəm Əliyevin əlində cəmləşib. 2018-ci ildə ləğv edilmiş “Xincab” MMC avtotəmir məntəqəsi kimi fəaliyyət göstərirdi. Adını Naxçıvan şəhərinin məhəllələrindən birindən alan bu şirkətin kapitalı ləğv edilməzdən qabaq 246 min manatdan 1 milyon 106 min manata qaldırılmışdı. Müəssisənin direktoru Adəm Əliyev idi. O eyni ünvanda (Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi, 15) yerləşən “Bakimpeks” MMC-nin rəhbəridir. A.Əliyevin direktor olduğu daha bir şirkət isə “Sərv” MMC-dir. “Sərv” MMC ilə “Eyros” MMC-ni başqa bir ünvan (Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi 2, ev 2, mənzil 16) birləşdirir. Birinci şirkətin nə işlə məşğul olduğu məlum olmasa da, digəri SOCAR-la ortaqdır. 2007-ci ildə Türkiyənin “DHT Holding” şirkətlər qrupuna bağlı olan “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti” ilə “SOCAR-ASM” MMC qurulub. Şirkətdə SOCAR-ın iştirak payı 30 faiz, Türkiyə tərəfinin payı isə 40%-dir. Üçüncü təsisçi isə “Eyros” MMC-dir. “SOCAR-ASM” şirkətinin əsas funksiyası Xəzər dənizində və quruda istifadəsiz metal qurğuların sökülməsi, batmış gəmilərin, istismar müddəti bitmiş boru xətlərinin kəsilərək çıxarılmasından ibarətdir. 2010-cu ildə bu birgə müəssisənin 2,3 milyon manat mənfəət qazanıb. “Eyros” MMC-yə isə hələ qayıdacağıq…
Azərbaycanda 1990-cı illərin əvvəlində “Tapet” yanacaqdoldurma məntəqələrinin yaradılması ilə biznes quran Turanlılar ailəsinə məxsus adıçəkilən holdinqlə Adəm Əliyev vasitəsilə işgüzar əməkdaşlıq bununla məhdudlaşmır. Holdinqlə ortaqlıq kimi qurulan bir çox şirkətdə (“Azər Toxum” MMC, “Azər Aqro” MMC, “AST Beynəlxalq Tikinti” MMC, “Azər Yem Sənaye” MMC) Adəm Əliyev rəsmi təsisçilər arasındadır. Qeyd olunan şirkətlər əsasən kommersiya hüquqi şəxslərin təsisçilərinin adlarının kommersiya sirri kimi gizli saxlanılmayan dövrdə yaradılıb. Bu şirkətlər Türkiyənin “DHT Holding” şirkətlər qrupuna daxildir. Qrup Azərbaycanda daha bir neçə şirkətlə təmsil olunur.
“Azər Toxum” MMC və “Azər Aqro” MMC 2008-ci ildə Adəm Bayram oğlu Əliyev və Türkiyə vətəndaşı Emin Fahrettin Baburşahın təsisçiliyi ilə yaradılıb. Bir müddət sonra “Azər Toxum” MMC-də təsisçilərin strukturu dəyişib, onların arasına “Azər Aqro” MMC (payların 19,78 faizi) və dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ – 17,46%) daxil olub. “Azər Toxum” MMC nizamnamə kapitalı 100 manatdan 18,9 milyon manata, “Azər Aqro” MMC-nin – 4,4 milyon manata qaldırılıb. AİŞ Yevlax rayonunda ildə 100 min ton taxıl toxumu istehsal etmək planları quran toxumçuluq müəssisəsinin yaradılmasına şəriklərin 24 milyon ABŞ dolları sərmayə yatırdığını bildirir. Son 10 il ərzində “Azər Toxum” layihəsindən dövlətin nə qazanc götürdüyü haqda AİŞ informasiya vermir.
DHT qrupu “Azər Aqro” MMC-nin Azərbaycanda 10 min hektar sahədə əkinçilik, eləcə də damazlıq maldarlıqla məşğul olduğunu açıqlayır. Qeyd edək ki, işadamı E. Baburşah Azərbaycanda daha bir neçə şirkətin (“Azərtibbisənaye Qazlar” MMC, “Nota Lojistik” MMC və “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti”nin filialı) rəhbəridir.
“AST Beynəlxalq Tikinti” MMC-ni 2007-ci ildə Adəm Əliyev və İbrahim Kınyas Hüseyin Gürcü (Türkiyə vətəndaşı) təsis ediblər. 2008-ci ilin yanvarında təsis paylarında dəyişiklik edilib və “DHT Holding” indi onu öz qrupuna aid edir. Bu şirkət SOCAR-a məxsus yanacaqdoldurma stansiyalarının konseptinin müəllifi olmaqla yanaşı, dövlət neft şirkətinin Buzovnadakı VİP Qonaq Evinin tikintisində də iştirak edib.
“Azər Toxum” MMC və “Azər Aqro” MMC-yə Zeynal Hacıməmməd oğlu Əliyev rəhbərlik edir. O, həm də “Azər Yem Sənaye” MMC, “Azər Hunting” MMC, “Ameliorator” MMC və “AST Beynəlxalq Tikinti” MMC-nin direktorudur. 68 yaşlı Z. Əliyev Şuşa şəhərindən məcburi köçkündür. Şuşa şəhərində G.Əsgərov küçəsi, ev 7-də qeydiyyatda olan Zeynal Əliyevin müvəqqəti qeydiyyat ünvanı Bakının Yasamal rayonundakı yataqxanalardan biridir.
Zeynal Əliyev 1998-ci ildə “Naxcıvan” Sığorta Kommersiya Şirkəti adı ilə təsis olunun, 2010-cu ildən “Meqa Sığorta” ASC adı altında fəaliyyət göstərən sığorta şirkətinin 6 təsisçisindən biri olub. Hazırda o şirkətin səhmlərinin 10 faizinin sahibi kimi təqdim olunur. Onun oğlu Rauf bu sığorta şirkətinin səhmdarları sırasına daxil olarkən 6 yaşı vardı. Hazırda onun “Meqa Sığorta” ASC-nin nizamnamə kapitalındakı payı 2 milyon 755 min manat və ya 19%-dir.
Rauf Əliyev 2017-ci ildə həm də “Rabitə Bank” ASC-nin səhmdarı olub. O bu bankın səhmdarı, eləcə də “Meqa Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü olan Yaşar Qurbanovun səhmlərini əldə etməklə səhmdarlar arasına daxil olub. Ötən ilin mayında R. Əliyev bank kapitalındakı payını 40,6%-ə çatdırıb. Bu səhmlərin əldə olunması üçün ödənilən vəsaitin ümumi məbləği 41,1 milyon manatdır.
R.Əliyev həm də “Trust Holding” MMC, “Solid Construction A” MMC, “Black Sapphire” MMC-nin və “Faza” Mənzil Tikinti Kooperativinin rəhbəridir. 2014-cü ilin yayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 237/14, 3 nömrəli mənzildə yaradılan daha iki şirkətin (“Far İnvest” MMC və “Z Kommers” MMC) ilk direktoru olub. Bu ünvandakı daha iki şirkət Rövnəq Abdullayevin övladlarının rəhbərliyi ilə yaradılıb. Rəşad Abdullayev “AR Construction” MMC-nin, Sevinc Abdullayeva isə “AS Building” MMC-nin ilk direktoru idilər. Rəşad Abdullayevin Türkiyədə qurduğu “Alpha Roger Proje İnşaat ve Gayrimenkul Danışmanlık Sanayi ve Ticaret Anonim Şirketi”nin filialı da bu ünvandadır. Hazırda “AR Construction” şirkətinin direktoru Günay Elmir qızı Məmmədova, “AS Building” şirkətinin rəhbəri isə Rüfət Bürhan oğlu Əliyevdir. Bu iki şəxs Rövnəq Abdullayevə bağlı olan daha bir neçə şirkəti idarə edirlər.
Dövlət reyesrt məlumatlarına əsasən, G.Məmmədova “Brilliance” MMC, “Solemn” MMC, “Simple Care” MMC və “Ameritex LLC” MMC-nin direktorudur. Sonuncu şirkət bir müddət bundan öncə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “Garant Holding” şirkətlər qrupunun daxilində idi və Bakıdakı “Meridian” oteli onun mülkiyyətindədir.
Rüfər Əliyev “Z Kommers” MMC, “Star-RA” MMC və “T Agroculture” MMC-nin direktorudur. Sonuncu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər pospekti, ev 93, mənzil 30-dur. Bu mənzildə daha bir neçə şirkət (“T Smart” MMC, “T Vision” MMC və “T Pro” MMC) qeydiyyata alınıb. Onlara rəhbərlik etmək Zakir Rafik oğlu Hüseynova tapşırılıb.
SOCAR prezidentinə yaxın şirkətlərin bir çoxunun rəsmi ünvanı Bakı şəhəri, Qara Qarayev prospekti, ev 30/42, mənzil 17-dir. Mənzil deyəndə ki, onun təyinatı dəyişdirilib və hazırda burada icarə əsasında gözəllik salonu fəaliyyət göstərir. Mənzildə azı 20 şirkət (“Azəri Layt” MMC, “Samir” firması, “Olimp İsk” MMC, “Naftalan-Mall” MMC, “Tripesta Travel” MMC, “Xəzər-İR” MMC, “Story Time Uşaq Bağçası” MMC və s.) qeydiyyatdadır. Onlardan biri yuxarıda adı çəkilən “Solid Construction A” tikinti şirkətidir. Şirkət Dərnəgül prospektində üçmərtəbəli ticarət mərkəzinin (sahəsi 4,5 min kv.m), həmin ərazidə yanacaqdoldurma məntəqəsinin, eləcə də Qara Qarayev prospektində və Cəlil Məmmədquluzadə küçəsində 16-mərtəbəli yaşayış evlərinin tikintisinin sifarişçisidir. Burada qeydiyyatda olan “Tam-İnşaat” MMC Bakı-Salyan şosesinin şimal hissəsində, “Komfort-R” MMC isə Lökbatan-Xocahəsən yolunun şimal hissəsində çoxsaylı istehsal obyektləri inşa edib, “Olimp İSK” MMC ilə Bakıxanov qəsəbəsində mini futbol meydançaları qurub.
“Rafiq İbrahimov Qara Qarayev prospektindəki mənzilin ona məxsus olduğunu, oradakı bir çox şirkətləri də özü yaratdığını deyir: ““Şirvan-N” şirkətinin direktoru və təsisçisi mən idim. Şirkətin Naftalan şəhərində otel kompleksi vardı, özüm tikmişdim. Sonra o şirkəti satdım. Yeri gələndə neft şirkətinin podratçısıyam. Tenderdə qalib gələndə gedib işləyirik. Söhbət quruda tikinti işlərindən (bina və s.) gedir. Rövnəq Abdullayevlə mənim heç bir əlaqəm, bağlılığım yoxdur”. Sahibkar MeydanTV-yə danışıb. R. İbrahimov onun mülkiyyətində olduğunu iddia etdiyi mənzildə digər şirkətlərin qeydiyyata alınmasından xəbərsiz olduğunu, bu şirkətləri tanımadığını bildirir.
Q.Qarayev prospektindəki ünvanda qeydiyyatda olan şirkətlərin ikisinə (“TMİ.İnşaatçı” MMC və “İnşaat-EB” MMC) Elçin Bədəlov başçılıq edir. O SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun oğludur. E.Bədəlov bir müddət “Azərenerqoservis” MMC-nin də təmsilçisi olub. Hazırda isə bu şirkətin direktoru Rafiq Oqtay oğlu İbrahimovdur.
R.İbrahimov bir müddət “AR Construction” şirkətinə də rəhbərlik edib. Hazırda Rafiq İbrahimov “Tam-İnşaat” MMC, “Komfort-R” MMC, “Aqrobağ” MMC, “Real-Kommers” MMC və “Rahat Mənzil-R” MMC-lərin direktoru vəzifəsini daşıyır. Hələ 2015-ci ilədək o həm də “Şirvan-N” MMC-nin direktoru idi. Naftalandakı “Qaşaltı” sanatoriyası bu şirkətə məxsus idi. Sonralar şirkətin sahibləri və adı dəyişdi. İndi şirkət fəaliyyətini “Yeni Naftalan Hotel Company” MMC adı ilə “PMD Hospitality” MMC-nin mülkiyyətçiliyi ilə davam etdirir.
Ramil Məhəmməd oğlu Zeynalov ARDNŞ-da çalışır. 2018-ci ildə “Neftçilər Günü” münasibətilə şirkətin prezidenti Rövnəq Abdullayevin əmri ilə “Fəxri neftçi” döş nişanı ilə təltif olunan 126 nəfərdən biri də o idi. R.Zeynalov SOCAR-da işləməklə yanaşı, həm də Qara Qarayev prospekti, 30/42 nömrəli evdə qeydiyyatdan keçmiş “Mechanic Supply and Servise” MMC, “Mechanic Supply Service” MMC, “Electro Makina” MMC, “İnteractive Supply Solutions” MMC və “İnfinity Supply” MMC-nin direktorudur. Hazırda “Mechanic Supply and Servise” MMC ləğv olunmaqdadır.
Yenidən qayıdaq SOCAR-ın ortağı olan “Eyros” şirkətinə. Onun direktoru Ramil Cavanşir oğlu Əliyev həm də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru vəzifəsində çalışır. Bu səhmdar cəmiyyətinin təsisçiləri SOCAR (51%) və Panamanın “Lancer Services S.A” (49%) şirkətidir. Panama şirkətinin sahibi “Union Grand Energy” şirkəti vasitəsilə Anar Əlizadədir. Bu işadamı ilə Rövnəq Abdullayevə bağlı olan şirkətlərin yolu həm də Nəvai küçəsi, 15-də də kəsişir. Bu ünvanda 2004-cü ildə A. Əlizadəyə məxsus “Aztrans” MMC dövlət qeydiyyatına alınıb.
Vüqar Məmmədağayev azerbaycanrealligi.com

Комментариев нет:
Отправить комментарий