“Biz qarabağlıya ev vermirik”
Bu sözlər Bakıda ev kirayələmək istəyən əslən Füzulidən olan, bu yaxınlarda Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasova deyilib.
pia.az xəbər verir ki, bu haqda jurnalist özü məlumat paylaşıb. Səs yazısını dinlədikdə məlum olur ki, o Bakının 7-ci mikrorayonunda kirayə verilən evlə maraqlanır.
Danışdığı şəxs (böyük ehtimalla “makler”dir, çünki evin sahibinin başqası olduğunu deyir) ondan haralı olduğunu soruşur. Evi kirayə götürmək istəyən vətəndaşın “azərbaycanlıyam” cavabı qaneidici olmur.
“Makler” israrla onun hansı bölgədən olduğunu soruşur. Nəhayət, mənzil kirayələmək istəyən şəxs “qarabağlıyam, Füzulidənəm” deyə cavab verir. “Makler”in cavabı isə qısa olur: “Biz qarabağlıya ev vermirik”.
O bunun səbəbini izah etmədən dialoqu bitirir.

Комментариев нет:
Отправить комментарий