Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş
Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər. “Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.
Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur. "Unikal" qəzetinin əldə etdiyi məlumata görə, o bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.
Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə "Yaşıl bazar"la məhdudlaşmır. Belə ki, unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.
Bizə bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39-də yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms") vitse-premyer bundan başqa "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin də sahibidir.
Abutalıbovun Yasamal rayonu Mətbuat prospekti köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlarının olduğu, həmçinin Nəsimi rayonu 647-ci məhəllə akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi ortaya çıxıb.
Düz 17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o Abdullayeva Səmayə Qulam qızının adına həmçinin Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib.
Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə Bakıelektrikşəbəkə ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.
Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H.Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evini də öz nəzarətinə keçirib.
Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki "Heydər məscidi"nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.
Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu ("Qalzansiya") da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki hazırda o Yasamal rayonu Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki çox keçməyəcək həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.
Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil. Buradan isə belə nəticə çıxır ki, o paytaxta rəhbərlik etdiyi dövrdə "Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq" missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.
Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq sadəcə üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb...
Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.
İstisna deyil ki, o bu yazıda oxuculara təqdim olunan bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz...
yenisabah.az

Комментариев нет:
Отправить комментарий