24.04.2020

Vüqar Səfərlinin və Nuşirəvan Məhərrəmlinin (yola salınmaq üzrədir) işdən azad edilmələri son olmayacaq

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Milli Televiziya və Radio Şurasının fəaliyyəti Baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təftiş edilib, xüsusilə külli miqdarda korrupsiya halları, mənimsəmə, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, ayrı-ayrı maliyyə maxinasiyaları və s. aşkar olunub.
Zalım oğulları- Səfərli və Məhərrəmli daydayları künc Əli ilə birlikdə fantastik həddə "pul silibmişlər". Onların ağlasığmaz tamahkarlığı indiki və əvvəlki sahiblərini əməllicə əsəbiləşdirməsin, bəs neyləsin?
Nəzərə alsaq ki, bu gərgin günlərdə birilərinə xüsusilə kulli miqdarda para lazımdır, demək ki 3 bədbəxtin iki yolu qalıb: ya Həsənov, Məhərrəmli və Səfərli birlikdə həzm-rabedən keçirdikləri milyardı qusacaqlar, ya da eşafota dəvət ediləcəklər.
Bütün hallarda... Tanrı Həsənova, Məhərrəmliyə və Səfərliyə kömək olmasın, çünki dəqiq bilirəm ki, hər üç ünsür çoxlu ev yıxıb.

https://www.facebook.com/rufat.safarov1981/posts/3111990262164935

Комментариев нет:

Отправить комментарий