15.04.2020

Sən harda idin?

Nəsimi Həsənov

Deyirəm Sovet vaxtı hansısa Daşkəsənin, Qazaxın, Lerikin, Yardımlının, Gədəbəyin və s. ucqar kəndlərindən Sumqayıta gələn adamlar havayı obşejiteldə qalıb, oxuyub, işləyib, sonra əsgərliyə gedib qayıdıb 3-4 otaqlı evlə təmin olunub (havayı) qudururdular. Halbuki qışda, qarda ayaqyalın kənddə məktəbə gedirdilər. Elə bildilər bunlar bir zibildilər. Dedilər müstəqil olaq, lap qəşəy olarıq. Yedilər...
Bunları gərək qan içində boğasan.
***
Gör hardan hara gəldik... Soveti bəyənmiyən bəzi yaşlılar, kim olmusuz siz?! Apelsin, kolbasa, sosiska, staliçni salat, şorabalar cürbəcür. Sovet o kəndçi ağzınızı dada gətirdi. Mal-qara dalınca düşməkdən yağır olmuşduz. Kitab bir yana, oxumaq-yazmaq bilirdiz nədi?!
***
Sovet vaxtı din indikindən güclü idi. Məhərrəmlikdə 40 gün televizorun üstünü örtərdilər. Gülmək nədi. İndi narkomanlıq, fahişəlik baş alıb gedir.
***
Dünyanın ən vecsiz adamları neytral adamlardı. Heç vaxt onlara güvənməyin. Bunlar pantürklərdən də, irticaçı dindarlardan da təhlükəlidir. Bunlar hər şeyin qəşəngini səndən də çox istəyirlər. Prosta gözləyirlər ki, rasxoda sən gedəsən və sən bunu gözə alıb, rasxoda gedib qələbə çalanda o saat tökülüşüb deyəcəklər ki, biz də bu fikirdə idik. Ki qəşəy-qəşəy yesinlər. Ya da bunların quyruğunu hökumət tapdalasın, o saat çıxıb deyəcəklər "xalq, durun ayağa hardasız". Adama deyərlər, şəlpə, bəs adam özünü yandıranda, uşaq zorlanıb öləndə, camaat acından qusanda sən harda idin? Sənə toxunmamışdı hə, səndən yan keçmişdi hə? İndi növbə sənə çatıb?! SƏNƏ CAVAB O ANDA BELƏ OLACAQ: GET OSMANI ÇAĞIR!!!

Комментариев нет:

Отправить комментарий