Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanunu imzalayıb. Bu qanunla vaxtilə Sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması prosesi sadələşdirilir. Hüquqi sənədlər portalında dərc olunmuş qanun layihəsinə görə bundan sonra əcnəbilərdən Rusiya pasportunu almaları üçün öz ölkələrinin vətəndaşlığından çıxmaları tələb edilməyəcək.
Keçmiş Sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslərin vətəndaşlıq müraciəti etmələri üçün Rusiyada üç il yaşamaları və rəsmi gəlir mənbəyinin göstərilməsi tələb edilməyəcək. Beləliklə, onlar Rusiyada oturum hüquqları olduğu halda vətəndaşlıq üçün müraciət edə bilərlər.
Yeni qanuna görə Rusiya ali məktəblərinin məzunları da Rusiya vətəndaşlığı ala bilərlər. İndi onlar bunun üçün Rusiyada 3 il yox, bir il işləməli olacaqlar.
Rusiya vətəndaşları ilə nikahda olanlar üçün də Rusiya vətəndaşlığının alınması proseduru sadələşdirilir. Həmin şəxsin Rusiyada yaşaması və Rusiya vətəndaşı ilə ortaq övladının olması kifayətdir.
Valideynlərindən biri Rusiya vətəndaşı olanlara da Rusiya vətəndaşlığı sadələşdirilmiş prosedurla veriləcək.
Qanun üç aydan sonra qüvvəyə minəcək.
Комментариев нет:
Отправить комментарий