Avrasiya Hərəkatı Azərbaycan təşkilatı
Son illərin statistikasına görə Rusiyada təxminən 3 milyon azərbaycanlı yaşayır. Onlardan 1 milyonu təkcə Moskvadadır. Aralarında iş adamlarımızdan tutmuş adi əkinçiyə qədər var. Yaşayışlarını qurublar, pul qazanırlar və burdakı soydaşlarına da göndərirlər.
Ümumiyyətlə bizim rus xalqı ilə dərin bağlarımız var. Xüsusilə Sovet dövrünün insanları bu ölkəyə çox isti münasibət göstərir.
Rusiya daim bizim ümid yerimiz olub. Təqdirəlayiqdir ki, hal-hazırda iki ölkə arasında gediş-gəliş də yüksək səviyyədədir. Hər iki xalq bir-binə qarşı doğma münasibətdədir.
Hər dəfə Rusiyada olanda özümü öz ölkəmdəki kimi hiss edirəm. Bu təkcə sadə insanlarımız yox, həm də dövlətlərimiz səviyyəsində belədir. Prezident Putinin həmvətənlərimizə xüsusi münasibəti var. Eyni vəziyyət də ölkəmizdə rus vətəndaşlarına qarşıdır.
Ruslar özləri də qeyd edir ki, siz tək-tük ölkələrdənsiz ki, rusdilli məktəbləri bağlamadınız. Həqiqətən də bir çox postsovet ölkələri rus kanallarına və məktəblərdə rus sektoruna qadağa qoydu (və sonra bunun peşmançılığını çəkdi). Bizdə isə 200-dən çox rusdilli məktəb var, MQU-nun filialı, Slavyan Universiteti mövcuddur. Mənim özümün də tez tez baş çəkdiyim Rusiya-Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzi var. Tez-tez iki ölkə münasibətlərinə aid mədəniyyətlə, təhsillə bağlı tədbirlər keçirilir. Şəhərin mərkəzində Rus dram teatrı mövcuddur. Rusiyada da Müslüm Maqomayev və s. azərbaycanlilar üçün xatirə heykəli, musiqi festivalları və s. tədbirlər keçirilir. Fərman Salmanov Surqut şəhərinin ən sevimli səxsiyyətidir ki, həmin şəhərin aeroportuna onun adı verildi.
Ölkəmizin birinci xanımı Rusiyanın ən dəyərli mükafatından olan Rusiyanın dostluq medalına layiq görüldü. Prezidentimiz özü də müxtəlif ali mükafatlar alıb.
Mənim özümün Rusiyada çoxlu sayda dostlarım var. Bir-birimizə qarşılıqlı hörmət bəsləyirik, dəstək oluruq.
Tam məsuliyyətlə deyə bilərəm ki, Rusiya mənim ikinci vətənimdir. Əgər bunun əksini iddia edənlər varsa, demək ki, bizim xalqın yaxşılığını istəməyən, şəxsi maraqlarını güdən adamlardır.
Bizim birlikdə çiyin-çiyinə qalib gəldiyimiz Böyük Vətən Müharibəsi var. Ən azından bunu unutmamalıyıq.
Yenə də dar gündə yalnız Rusiyaya ümid edirik. Ölkədə elektrik enerjisi qəzası olanda zülmətdə qaldığımız zaman Rusiya dərhal qardaş əlini uzadaraq bizə işıq verdi. Rusiyada meşə yanğınları olanda da biz dərhal kömək göndərdik. Bütün beynəlxalq müsabiqələrdə, yarışlarda bir-birimizi dəstəkləyirik. Son koronavirus pandemiyasi ilə mübarizədə də birlikdəyik.
Təsadüfi deyil ki, Rusiya ən son bizimlə sərhədi bağladı. Buna da məcbur olduğu üçün.
Ancaq əlaqələrimiz bağlanmayacaq, əksinə get-gedə inkişaf edib bütünləşəcək. Mən buna əminəm. Siz də əmin olun.
Комментариев нет:
Отправить комментарий