Türkiyədə dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər, çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür. Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib, faktiki olaraq, yerli icra hakimiyyətini nəzarətində saxlayıb.
***
1998-ci ilin payızı, ölkədə prezident seçkiləri idi və namizədlər bölgələrə getməyə başladılar. Prezidentin kabinetində seçki məsələlərinə dair müşavirədə Heydər Əliyev soruşdu: “Müxalifətdən olan namizəd E.Məmmədov bu gün Gəncədə kampaniyaya başlayıb, orada nə baş verib, nə məlumat gəlir?”
Aparat rəhbəri R.Mehdiyev məruzə edir:“E.Məmmədov Gəncədə, demək olar ki, rüsvay oldu, Gəncə xalqı onu qəbul etmədi, görüş baş tutmadı, bütün xalq sizi dəstəkləyir, arxayın ola bilərsiniz.” R.Mehdiyevə yaxın bir neçə məmur deyilənləri dəstəkləyir. Prezident məmnundur və başqa məsələlərə keçir.
Axşam E.Məmmədov MSK-nın ona ayırdığı vaxta əsasən, AzTV-də birbaşa efirə çıxır və Gəncədə seçicilərlə görüşündən olan videokaseti göstərməyi xahiş edir, sonra isə çıxışına davam edəcəyini deyir. Və bütün ölkə görüşlərdə çəkilən mənzərəni görür – zal insanlarla dolu, boş yer olmadığından binanın qarşısında böyük izdiham yaranıb və səsgücləndiricilərin bir hissəsi pəncərələrə qoyulub ki, zala yerləşməyənlər namizədin çıxışına kuçədə qulaq asa bilsinlər. E.Məmmədov hakimiyyəti sərt tənqid edir, camaat əl çalır və onu alqışlayır.
Ertəsi gün prezident Heydər Əliyev yenə də həmin məmurları toplayır və sual verir: “Dünən burada siz dediniz ki, E.Məmmədovu az qala Gəncədən qovdular. Amma axşam mən bu videonu izlədim. Orada vəziyyət sizin dediyiniz kimi deyil. Bəs digər namizəd Nizami Süleymanov necə, o da bölgələrə getməli və təşviqata başlamalı idi?”
Yenə də R.Mehdiyev ayağa qalxır və məruzə edir: “Bəli, cənab prezident, N.Süleymanov Göyçaya gedib, amma İcra Hakimiyyətinin başçısı mənə məruzə etdi ki, orada demək olar ki, heç kim onunla görüşə gəlməyib. Əlbəttə, kim gələcək ki, o kimdir ki, hamı sizi dəstəkləyir…”
Elə həmin gün axşam AzTV-də çıxış növbəsi N.Süleymanova çatır və o da E.Məmmədovun üsulundan istifadə edir – öncə onun regiondakı görüşünün videoyazısını göstərməyi xahiş edir… Və yenə də çoxlu adam, alovlu nitqlər, hakimiyyətin tənqidi və alqışlar.
Növbəti gün prezident yenə də həmin məmurları toplayır və artıq heç bir sual vermir və aparat rəhbərinə deyir: “Deməli, İcra Hakimiyyəti başçıları sizi aldadırlar, siz də məni aldadırsınız!”
***
Müxalifətin böyük mitinqlərinin çoxu Azərbaycan FETÖ-sünə lazım olan zamanda məhz sifarişlə baş verirdi və R.Mehdiyev, Ə.Həsənov hakimiyyətdən uzaqlaşdırılandan sonra bütün bu fəal, hətta icazəsiz mitinqlərə, polislə toqquşmalara can atan partiyalar və liderlər birdən-birə susdular və heç bir mitinq fəallığı göstərmirlər.Və biz artıq onu da görürük ki, özünü ən “prinsipial”, “barışmaz” müxalifət adlandıran insanlar hakimiyyətin korrupsiya sisteminin öz vəzifələrini itirən keçmiş “sütunları” ilə necə ruh yüksəkliyi ilə işbirliyi qurmağa başlayırlar.
***
Azərbaycan FETÖ-sü hələ Heydər Əliyev idarəçiliyinin son illərində dövlət aparatının bir hissəsində formalaşmağa başlayıb. Heydər Əliyevin xəstəliyindən və uzun müddət müalicəsindən istifadə edərək, o, gələcəkdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib, öz adamlarını bir çox dövlət müəssisələri, hüquq-mühafizə orqanları və parlamentdə yerləşdirərək, ictimai sektoru və media məkanını nəzarətə götürərək nüfuzlu xarici havadarlarının dəstəyi ilə 2003-cü ildən sonra artıq açıq şəkildə siyasi ambisiyalarla çıxış etməyə, politologiyada “hökmranlıq edir, lakin idarə etmir” adlandırılılan tezisi, başqa sözlə, faktiki “ikihakimiyyətliliyi” prezidentə və cəmiyyətə qəbul etdirməyə inadkarlıqla can atıb. Bu şəbəkəyə daxil olmayan və onların məkrli planlarına müqavimət göstərən dövlət məmurları onların nəzarətində olan KİV-lər vasitəsi ilə hücumlara və ləkələnməyə məruz qaldılar. Onların barəsində kompromatlar və yalan donoslar toplanırdı ki, onların istefasına nail olsunlar və yerlərinə öz adamlarını gətirsinlər. Sonra bəzi partiya liderlərinin ələ alınması yolu ilə öz şəbəkə orbitinə müxalifət partiyalarının bir hissəsini də cəlb edə bildilər. Bundan sonra müstəqil KİV və müstəqil qeyri-hökumət təşkilatlarının total əzilməsi dövrü başlandı, yaranan boşluqlar da Azərbaycan FETÖ-sünün nəzarətində olan yüzlərlə dekorativ QHT və KİV ilə dolduruldu. Bunlardan isə dövlətin ayırdığı büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha çox istifadə olunurdu.
Eldar Namazov

Комментариев нет:
Отправить комментарий