12.07.2020

“Bəylər Əyyubov Mehriban Əliyevanın, Paşayevlərin düşmənidir”

Siyasi blogger Manaf Cəlilzadə Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov haqqında şok məlumatlar səsləndirib.
O telefonuna Bəylər Əyyubov haqqında daxil omuş informasiyanı tamaşaçılara oxuyub.
Onun telefonuna daxil olmuş mesajda Bəylər Əyyubov haqqında bunlar deyilir:
“Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bəylər Əyyubovun əmri ilə öldürülmüşdür. Bu qətli Kəmaləddin Heydərov sifariş vermişdir. O Bəylər Əyyubova bu işə görə pul vermişdir, Bəylər də bu işi qardaşı oğlu Robert Əyyubova tapşırmışdır. Bu qətlə görə Kəmaləddinin verdiyi pulun 400 min manatı Bəylərə, qalanı isə Robertə çatmışdır. Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi də Bəylərin göstərişi ilə edilib, çünki aralarında münaqişə vardı. Yezidi kürdüdür. Biznesi N saydadır. Deyirlər ki, bir dəfə nəvəsi ilə şəhərdə gəzirmiş. Nəvəsinin bir böyük restoran xoşuna gəlib. Bəylər adam göndərib ki, o restoranı alsınlar. Vermirlər. Bəylər qəzəblənir. Bu belə kimindi, kimdi məndən güclü? Araşdırın, kimdi, niyə vermir o?! Araşdırıb gəlib deyirlər ki, bu elə sizin öz obyektinizdi. Görürsünüzmü, o qədər obyektləri var ki, öz obyektlərini də tanımırlar. DTX-nın yarısı onun əlindədir. Şöbə müsirlərinin 99 faizi onun adamlarıdır. DTX-da nə dəyişiklik olursa, birinci Bəylərə deyilir, sonra iş görülür. DTX ona həvvalə edilib. Zor tətbiq etməkdən xoşu gəlir. Dərnəgüldə şirkət vardı, sahibini döyə-döyə, tumançaq qoyaraq o şirkəti əlindən aldı, özünü də türməyə saldırdı. “Ulduz” metrosu yaxınlığında zavod vardı, həmin zavodun da belini Bəylər qırdı, zavodun yiyəsini tutub zorla əlindən aldı. Bağ evində hovuz tikdirmək üçün milyonlarla dollar xərcləmişdir. Xaricdən dizayner gətirdib, sonra pulunu kəsib, ölümlə hədələyərək yola salıb. Bir işi gördürəndə zülm çəkdirərək düzəltdirir. Gəncədə, Bakıda ticarət mərkəzləri, zavodları var, dövlət əmlakını özəlləşdirib. Milyonlarla pulu var, şəxsi baxıcısı, şəxsi yeməkbişirəni var. 2018-ci ilin iyulunda Mingəçevir İES-də baş verən partlayışı da Bəylər təşkil edib, həmin nazirin belini qırdı, işdən qovdurdu. Onunla kəllə-kəlləyə gəlmək düzgün deyil. Bəzi nazirliklərdə müavinlərdən ikidə biri Bəylərin adamlarıdır. Mehriban Əliyeva ilə kəllə-kəlləyə gəldi. Şəxsən Mehribanın prezident olmamasını dəstəkləyənlərdən biridir. Kim Mehribanın prezident olmasını istəmirsə, onun yanındadır. Mehribanın prezident gəlməməsi üçün əlindən gələni edir. Mehribana nifrət edir. Rayonların birində hava limanı açmaq istəyir, Mehriban qoymur, hələ ki davaları gedir. Axırı nə olacaq, dəqiq məlum deyil. Bir günorta, axşam yeməyi 10 min avroya başa gəlir. Ona xarici ölkədən xüsusi olaraq ət idxal edirlər. Bilgəhdə villası var ki, içində qızıldan güldanlar var. Ən sevdiyi oyun qolfdur, çox vaxtını qolf oynamaqla keçirir. Bir günlük gəliri 100 min dollardır. Onunçün donuz əti, keçi südü, dəvə südü xaricdən idxal edirlər, kürü, xanı bağılı, bahalı içkiləri xaricdən gətizdirir. İçdiyi şərabın qiyməti 30 min dollara qədərdir, hər yemək yeyəndə yarım butulka vurur. Ona Fransadan xüsusi çaylar gəlir. Dubayda çoxsaylı mülkləri, şirkətləri var. Pulunun 95 faizini Bakıdan çıxarıb xarici banklara göndərir. İcra başçıları aybaay Bəylərə tas verir, vəzifədə qalırlar. Bəylər rayonlara görə, beznesə, gəlirə uyğun olaraq icra başçılarından tas alır. Əvvəl icra başçılarından tas yığan Ramiz Mehdiyev idi, indi isə Bəylər Əyyubov yığır. Vilayət Eyvazovu kukla kimi ora qoyublar. Yəni bir sözlə, ölkəni idarə edən əsas şəxs Bəylər Əyyubovdu. Onun tək düşməni isə Mehriban Əliyevadır”.

Комментариев нет:

Отправить комментарий