13.07.2020

Etibar Məmmədov, Amerikada yaşayan oğlunu da cəbhəyə göndərəcəksənmi?

Etibar Məmmədov ordunu müharibəyə çağırıb.
Yəqin ABŞ-ın Corc Vaşinqton Universitetini bitirib, Vaşinqtonda şirkət qurub işləyən oğlu Ayxanı da ön cəbhəyə göndərəcək.
Dünən şəhid olan Xəyyamın 18 yaşı var idi. 3 ay idi əsgər getmişdi.
Ay Etibar, sənin oğlun harda çəkdi əsgəri xidmətini?
Sabah şəhid Vüqar Sadıqovun atasız qalan 3 körpəsinə sahib çıxacaqsan?
Qarabağ əlilinə Kamil Zeynallı əlil arabası aldığı ölkəmdə hökümət Aygün Kazımovaya 3-cu evi verir.
Şəhidin anasını icra başçısı qapıdan qovub "Oğlun məndən ötrü şəhid olmayıb ki" deyəndə harda idin? O zaman heç səsin çıxmadı.
Aprel şəhidi Nurlanın qəbrini söküb, ata-anasını icra başçısı qapıdan söyüb qovanda hardaydın? Hə, mən bilirəm hardaydın. Oğlun Ayxanın daha xoşbəxt, daha varlı yaşaması üçün çalışırdın.
20 ildir Qarabağda döyüş zamanı itkin düşən Rəşadımızın nişan kəlağayısını saxlayır anası. Deyir, Rəşad gələcək, ona nişan aparacam. Ağlamaqdan, başına vurmaqdan gözləri tutulub, qulaqları batıb. Şəhidlərlə birgə ölür valideyinləri. Amma onların acısı lap çox yandırır. Çünki dəfn olunsaydılar torpaq soyudardı.
Rəşadın anasını müalicə etdirmək üçün atası Azərbaycan banklarından dünyadakı ən yüksək faizlə pul götürür və krediti qaytaranda qədər canı çıxır.
Ay Etibar Məmmədov, bir dəfə bir şəhid balasının təhsil haqqini ödədinmi, bir şəhid atasını, övladını müalicə etdirdinmi?
Sənin kimilərin danışmağa haqqı yoxdur. Susun!

Arzu Abdulla


Комментариев нет:

Отправить комментарий