Azərbaycan FETÖ-sü hələ Heydər Əliyev idarəçiliyinin son illərində dövlət aparatının bir hissəsində formalaşmağa başlayıb. Heydər Əliyevin xəstəliyindən və uzun müddət müalicəsindən istifadə edərək, o, gələcəkdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib, öz adamlarını bir çox dövlət müəssisələri, hüquq-mühafizə orqanları və parlamentdə yerləşdirərək, ictimai sektoru və media məkanını nəzarətə götürərək nüfuzlu xarici havadarlarının dəstəyi ilə 2003-cü ildən sonra artıq açıq şəkildə siyasi ambisiyalarla çıxış etməyə, politologiyada “hökmranlıq edir, lakin idarə etmir” adlandırılılan tezisi, başqa sözlə, faktiki “ikihakimiyyətliliyi” prezidentə və cəmiyyətə qəbul etdirməyə inadkarlıqla can atıb. Bu şəbəkəyə daxil olmayan və onların məkrli planlarına müqavimət göstərən dövlət məmurları onların nəzarətində olan KİV-lər vasitəsi ilə hücumlara və ləkələnməyə məruz qaldılar. Onların barəsində kompromatlar və yalan donoslar toplanırdı ki, onların istefasına nail olsunlar və yerlərinə öz adamlarını gətirsinlər. Sonra bəzi partiya liderlərinin ələ alınması yolu ilə öz şəbəkə orbitinə müxalifət partiyalarının bir hissəsini də cəlb edə bildilər. Bundan sonra müstəqil KİV və müstəqil qeyri-hökumət təşkilatlarının total əzilməsi dövrü başlandı, yaranan boşluqlar da Azərbaycan FETÖ-sünün nəzarətində olan yüzlərlə dekorativ QHT və KİV ilə dolduruldu. Bunlardan isə dövlətin ayırdığı büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha çox istifadə olunurdu.
Eldar Namazov
Eldar Namazov
Комментариев нет:
Отправить комментарий