14.07.2020

SENSASİYA: Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçdı

Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı konsulluğumuzda vəzifə daşıyan Rəşad Eyvazov Türkiyədən ABŞ-a qaçıb.
konkret.az-a adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq sevgilisi ilə İstanbuldan ABŞ-a qaçıb.
Özü ilə Mehbalıyevlər ailəsinə aid 3 milyon ABŞ dolları da götürüb.
Qeyd edək ki, Mehbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon dollar qiymətləndirilir. Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki bizneslərə Səttar Mehbalıyevin həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR-Türkiyənin əməkdaşıdır.
Xatırladaq ki, Səttar Mehbalıyev Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Комментариев нет:

Отправить комментарий