24.07.2020

Ermənistan hökuməti vahhabi terrorçularını silahla təmin edib

Paşinyanın silah maxinasiyası ilə bağlı sensasion faktlar üzə çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı korrupsiya ittihamları kampaniyasında əsas fiqur keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.
Videomüraciətlərində Minasyan Paşinyanı, ailə üzvlərini və yaxın ətrafını Ermənistan iqtisadiyyatının yüksək gəlirli sahələrində (metallurgiya və qiymətli metallar kimi) korrupsiya sxemləri həyata keçirməkdə ittiham edir.
Bununla yanaşı, söhbət həm də, cinayətkar fəaliyyətlərdən gedir. Məsələn, tütün məhsullarının qaçaqmalçılığı və silah ticarəti. Sonuncu ittiham, yəni silahların təkrar satışında dələduzluq Ermənistanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın maraqlarına birbaşa toxunur.
Ermənistandakı daxili proseslərdən kifayət qədər məlumatlı olan Minasyan Paşinyanın silah biznesində David Qalstyanın roluna diqqət çəkir.
Minasyanın sözlərinə görə, Qalstyan məlum əməliyyatların aparılması ilə bağlı səlahiyyəti şəxsən Paşinyandan alıb: “Ermənistanın baş naziri Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi vasitəsilə səlahiyyət verir və ona Ermənistan Respublikası adından tutalım, 100 ədəd silah sifariş vermək imkanı yaradır. Sonra Ermənistan David Qalstyanın offşorundan məsələn, bu 100 silahdan 60-nı alır. Ödənişi edilən 60 silah Ermənistana gətirilir. Sənəd üzərində hər şey qaydasındadır. Lakin bir istisna var. Əvvəlcədən sifariş edilmiş, lakin pulu ödənilməmiş 40 silahı Qalstyan Rusiyadan birbaşa üçüncü ölkəyə göndərir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Bu üçüncü ölkənin əli ilə də silahlar dördüncü ölkəyə gedib çıxır”.
“Royalsys Engineering” şirkətinin sahibi David Qalstyanın adı münaqişə zonalarında silahların qanunsuz daşınması və satışı ilə bağlı yayılan xəbərlərdə çoxdan yer alıb. Qalstyan və onun çoxsaylı şirkətləri BMT Təhlükəsizlik Şurasının hesabatlarından birində Liviyaya və daha sonra Suriyaya (Əsəd hökumətinə qarşı çıxan adı açıqlanmayan qruplara) silah tədarük edən, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun offşor şirkətinin hesabına ödəmələr edən tərəf kimi düşüb.
Açıq mənbələrdə Qalstyanın adı “Mosstone Engineering”, “Armenian DG Arms”, “Ayk Avia” kimi şirkətlərlə də qoşa çəkilir. Bu şirkətlərin Suriya, Liviya, Cənubi Sudan və Somaliyə silah göndərdiyi bildirilir.
Lakin biznesmenin qaranlıq keçmişi demokrat Paşinyanın onunla bir neçə dəfə görüşməsinə və onun biznesinin Ermənistanda inkişafını müzakirə etməsinə mane olmadı.
Beləliklə, Rusiya tərəfindən verilən endirimlərdən istifadə edən Qalstyan yeni hakimiyyətin himayəsi altında hərbi məhsulları üçüncü tərəfə satır. Rusiya Ermənistana silahları daxili qiymətlərlə verdiyi üçün endirim qiyməti ilə dünya qiymətləri arasındakı fərq 15-40 faizə çatır...
Lakin keçmiş prezidentin kürəkəni güzəştli Rusiya silahlarının qanunsuz satışının qayınatasının dövründə də həyata keçirildiyinə toxunmaq belə, istəməyib. Bu sxem S.Sarkisyanın ortağı, erməni əsilli rusiyalı iş adamı Vahram Simonyanın və “South Airlines”, “Skiva Air”, “V-Berd Avia” kimi, aviaşirkətlərin iştirakı ilə həyata keçirilirdi.
Yeri gəlmişkən, “Skiva Air”in qaranlıq sxemlərdə iştirakı üzə çıxandan sonra lisenziyası o vaxtkı Ermənistan hakimiyyəti tərəfindən ləğv edilmişdi. Daha sonra – 2014-2015-ci illərdə Cənubi Sudana silah və sursat tədarükündə milli aviasiya kampaniyası “Air Armenia” iştirak etmişdi. Lakin görünən odur ki, Paşinyanın sələflərin “işinə” icazəsiz basqın edərək, Rusiya maraqlarına parazitlik etməsi işləri korlayıb.
Baş nazirin büdcədənkənar iş sxemlərinə olan ehtirası onunla nəticələndi ki, 2019-cu ildə sirli David Qalstyan Rusiyada 10 illiyinə persona non-qrata elan edildi. Üstəlik, Ermənistan elitasının silahlarla bağlı məlum əməliyyatı mətbuata sızdı.
Ermənistandakı yeni hökumət məlum əməliyyatlara aidiyyəti ilə bağlı iddiaları qətiyyətlə rədd edir. “Belədirsə, Qalstyan məsələsini həll etmək üçün Paşinyan hərbi müşaviri Arşak Karapetyanı niyə gizli şəkildə Moskvaya göndərdi?”, – deyə Minasyan sual edir.
Ermənistan Hesablama Palatasının 2019-cu il üçün rəsmi hesabatına görə, ölkədə qeydiyyata alınan 28 təyyarədən 10-u (!) hava yüklərinin daşınmasını həyata keçirmək üçün Cənubi Sudan və Çadda olub. Daimi qarşıdurma şəraitidə olan bu Afrika ölkələrinə erməni təyyarələrinin ərik və şaftalı daşımadığı aydındır.
Elə həmin il daha bir erməni aviaşirkəti – “Mars Avia” da Moqadişu hava limanına təcili eniş edib. Çox güman ki, söhbət, məhz belə “sürprizlər”in adı altında tez-tez həyata keçirilən silah və ya döyüş sursatı satışından gedib.
Ölkənin məlumatlı adamlarından olan Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəisi David Şahnazaryan da silah alverində “boz sxemlərin” davam etdiyinə işarə edib.
Rusiyadan qovulan Qalstyan bu yaxınlarda Ermənistan hökuməti tərəfindən açılan (səhmdarı “Royalsys Engineering” olan), “Kalaşnikov” avtomatları istehsalı edən ortaq bir zavodun təqdimat mərasimində Paşinyanın yanında peyda oldu.
Bütün bunlar kompleks şəkildə yalnız bir şeyi göstərə bilər – Paşinyan mövcud sxemə nəzarəti ələ alıb və indi rus müttəfiqi qarşısında öz “cekpotunu” qanuniləşdirməyə çalışır.
Ermənistanın yeni hökumətinin həm tərəfdaşı, həm də müştərini düzgün seçmək məsələsində yetkin olmadığını nəzərə alsaq, bu, Rusiya silahlarının planetin müxtəlif yerlərində Kremlin maraqlarına qarşı çıxanların əlinə keçməsi təhlükəsi deməkdir. Hərbi-texniki əməkdaşlıq sahəsində özfəaliyyətə və tərəfdaşların sərbəst seçilməsinə yer yoxdur. Belə tərəfdaşı olanın təminatı da yoxdur. Məsələn, problemli Yaxın Şərqdə müttəfiqə satılan silahların Rusiya hərbçilərinə qarşı istifadə edilməyəcəyinə kim zəmanət verə bilər?!
Daha bir maraqlı məqam son zamanlar Paşinyan hökumətinin korrupsiyaya qarşı mübarizə adı altında (ordunun maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə) yerli oliqarxiyadan onmilyonlarla dollar pul almasıdır. Məsələn, bu məqsədlə İordaniyadan modernləşdirilmiş 35 Osa-AKM zenit raket sistemi alındı. Səs-küylə təqdim olunan bu müqavilənin qiyməti diqqətdən yayınmadı. Eyni zamanda keyfiyyəti də bir çox sual doğurdu. Və onun Rusiyanın hava hücumundan müdafiə sistemlərinin analoqu olmadığı qeyd olundu…”

moscow-post.su              Tərcümə strateq.az-ındır

Комментариев нет:

Отправить комментарий