Dekabrın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə 8 ay əvvəl həbs olunan Osman İsayev, Sultan İsayev, Rauf Həsənli və Amil Şirəliyev barəsində məhkəmənin hökmündən apelyasiya şikayətinə baxılıb. Öncədən “Yeni Müsavat”a məhkəmənin keçiriləcəyi tarix haqda məlumat daxil olduğu üçün əməkdaşımız həmin prosesdə iştirak edib və olduqca maraqlı faktlar toplayıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Sultan İsayev, Rauf Həsənli və Amil Şirəliyevin adının qarışdığı bu olaya məhbusların yaxınları aydınlıq gətiriblər. Müxbirimizlə Bakı Apelyasiya Məhkəməsində görüşən həbs olunan gənclərin yaxınları, onların haqsız və sübutsuz yerə tutulduqları ilə bağlı iddia irəli sürüblər.
Yüksək çinli məmurların qohumlarının adlarının qarışdığı olay barədə qəzetimizə həmin hadisədə iştirak edən və 3 il 6 ay azadlıqdan məhrum edilən Rauf Həsənlinin atası Orxan Həsənli məlumat verib. Onun sözlərinə görə, hər şey fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərovun prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev, əmisi oğlu Sultan İsayev, Amil Şirəliyevin və Rauf Həsənlini “Yeni Həyat” yaşayış kompleksindəki əyləncə mərkəzlərindən birinə qonaqlığa dəvət etməsi ilə başlayıb: “Tutulan gənclər və mənim oğlum içki içən deyillər. Yeyib-içmək məclisinə gediblər ki, dostları inciməsin. Gənclər birgə rəqs edən zaman Osman İsayevin qolu bilmədən rəqs meydançasında oynayan qızlardan birinə dəyib. Bu zaman yan masada oturan bir nəfər Osmana yaxınlaşaraq onunla kobud rəftar edib. Məsələyə Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərovun mühafizəçisi müdaxilə edib. Yaranan münaqişə davasız həll olunub. Sahib Heydərov dostlarına deyib ki, bu yer Nərgiz Paşayevanındır. Ona görə də gəlin sakitcə burdan gedək. Özümüzə problem yaratmayaq. Bunlar həmin əyləncə məkanından ayrılıblar. Sahib Heydərov nədənsə orda qalıb. Bir-iki saat sonra Sahib Heydərov Osmana zəng vurub ki, bəs imkanınız varsa gəlin, burda kiçik bir münaqişə yaranıb, onu yoluna qoyaq. Gənclər yenidən həmin əyləncə məkanına qayıdıblar. Amma dava-dalaşa rast gəlməyiblər. Onlar liftə minən zaman bunlardan öncə lifti çağırdığını iddia edən Fuad adlı içkili bir şəxslə bizim uşaqlar arasında kiçik söz-söhbət yaranıb. İçkili olan şəxs özünü saxlaya bilməyib və yerə yıxılıb, burnu bir az əzilib. Onu taksiyə mindirib yola salıblar”.
Orxan Həsənlinin sözlərinə görə, bir neçə gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Fuad adlı bu şəxsi taparaq deyiblər ki, bəs səni döyüblər, niyə şikayət etmirsən: “Fuad da deyib ki, dava-dalaş olmayıb. İçkili olmuşam, yıxılmışam burnum qanayıb. Ona deyiblər ki, şikayət etməlisən. Yoxsa biz səninlə başqa cür söhbət edəcəyik. Nə isə, bu uşağa əvvəlcədən hazırlanmış ifadənin altından qol çəkdiriblər. Bu hadisədən bir neçə gün sonra Bəylər Əyyubovun bacısı oğlu Osman İsayevin atasını və qardaşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb dindiriblər. Açıq-aşkar dedilər ki, bizə göstəriş verilib və sizin uşaqlar həbs olunmalıdır. Xətai Rayon Məhkəməsində şikayətçi ilə bizim uşaqlar üzləşdirildi. Hakim özü bizə etiraf etdi ki, yuxarıdan bizə deməsələr, buraxan deyilik. Nə desələr onu edəcəyik”.
Orxan Həsənli deyir ki, Xətai Rayon Məhkəməsinin hökmü ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov 15 sutka, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev 2 il, onun əmisi oğlu Sultan İsayev 2 il, Rauf Həsənli 3 il 6 ay və Amil Şirəliyev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Qərardan dəfələrlə apelyasiya şikayəti versələr də, işə baxan hakim Əmir Bayramov hər dəfə qərəzli mövqe nümayiş etdirib: “Açıq-aşkar dedi ki, mənlik bir şey yoxdur. Yuxarıdan mənə nə desələr, onu da edirəm. İndi bizim əlacımız kəsilib. Oğlum ağır xəstədir. Hara gedək, dərdimizi kimə deyək bilmirik”.
Orxan Həsənli deyir ki, bu məsələdən ölkə başçısı xəbərdardır: “Nərgiz Paşayeva Mehriban xanıma deyib, Mehriban xanım da cənab prezidentə. İlham Əliyev cənabları Bəylər Əyyubovu çağıraraq deyib ki, hadisəni araşdır, həll elə. Olay prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Halbuki elə ciddi şey olmayıb”.
Həbs olunanların yaxınları bildirdilər ki, kiçik mübahisəyə görə övladlarından qisas alırlar. Onlar yaxın günlərdə yenidən prezident İlham Əliyevə müraciət edəcəklərini söylədilər.
Qeyd edək ki, təxminən bir saata yaxın çəkən məhkəmə prosesi zamanı hakim yenə də müdafiə tərəfin vəsatətini qəbul etməyib.
Xatırladaq ki, adıçəkilən şəxslərin həbsi haqda “Yeni Müsavat” ilk dəfə bu ilin may ayında yazıb. Həmin vaxt aldığımız məlumatlar əsasında olayın bəzi təfərrüatlarını təqdim etmişdik. Daha sonra isə bu xəbər təsdiqləndi və ortaya yeni məlumatlar çıxdı.
Ölkənin iki ən qüdrətli generalının yaxın qohumlarının bu şəkildə həbs edilmələrinə, cəzalandırılmalarına ictimai münasibət heç şübhəsiz ki, birmənalı olmayacaq. Amma bir gerçəklik var və o gerçəkliyi istisnasız olaraq hamı qəbul edir: General Bəylər Əyyubovun qardaşı və bacısı uşaqları, həmçinin digər qohumları özlərini az qala Azərbaycanın sahibləri kimi aparırlar. İndiyədək Robert Əyyubovun, onun digər yaxınlarının adları ən müxtəlif qalmaqallarda hallanıb. Bir neçə il öncə Robert Gəncədə polislərlə atışmışdı. Onun Bakıda da vaxtaşırı qalmaqallar törətdiyinə dair mediada xəbərlər dolaşıb. Təxminən iki il qabaq Robert Əyyubovun küçədə polisləri döyməsi haqda video yayıldı. Həmçinin B.Əyyubovun başqa bir qohumu Göygöl rayonunda restoranda silahlı insident törətmişdi. Əldə etdiyimiz məlumata görə, yaxın qohumlarının bu cür qalmaqallarda adlarının hallanması general Əyyubovu o dərəcədə bezdirib ki, axırda o, Roberti Azərbaycandan qovub.
İndi həbs olunanların yaxınları onlar haqqında elə açıqlama verirlər ki, sanki bu gənclər bir mələkdirlər. “Bilmədən qıza qolu dəydi”, “kefli idi, özünü saxlaya bilməyib yıxıldı...” kimi ifadələr, heç şübhəsiz, oxucuda gülüş doğurur. Məhz bunun belə olmadığı, hər şeyin tam əksinə baş verdiyi üçün qüdrətli generalın yaxınları bu gün içəridədirlər və onları kimsə azad etdirə bilmir. Sadəcə bu dəfə bu “mələklər” elə yerə ilişiblər ki, onların feodal dayılarından daha güclü çıxıblar.
Bu cür harın məmur övladlarının, qohumlarının şəxsən prezident İlham Əliyev tərəfindən, onun iradəsi və tapşırığı ilə cəzalandırılmaları isə hər halda ictimaiyyət tərəfindən təqdir olunacaq faktdır.
Amil Çağtürk musavat.com

Комментариев нет:
Отправить комментарий